Hərb tariximiz- qürur mənbəyimiz!

Gündəm / 30.05.2023 09:41

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi ilə əlaqədar məktəbimizin Hərbi rəhbəri və Təşkilati işləri üzrə direktor müavininin 2023 –cü il fərdi tədbirlər planına əsasən bir qrup müəllimlərimiz haqq yolunda, vətən uğrunda əziz canını qurban verən şəhidlərimizi ziyarət etmək qərarına gəldik. Bu müqəddəs səfərə şəhidlərimizin uyuduğu xiyabandan başladıq. Ziyarət zamanı həm itkilərimizə kədərləndik , həm də sayələrində 30 ilin həsrətinə qovuşduğumuz üçün qürur və fəxarət hissi keçirdik.

Azərbaycana sonsuz var-dövlət, yeraltı və yerüstü sərvətlər bəxş edən uca Tanrı, həm də naxələf və nankor qonşu da vermişdi. Bu qonşuların nə zamansa öz xislətlərini göstərəcəklərini hamıdan aydın görməyi bacaran Ulu Öndər hələ sovetlər dönəmində Azərbaycanda ordu quruculuğunun əsasını qoymağa müvəffəq olmuşdu. Xalqımızın hərb tarixində kədərli anlarla bərabər qürurlu, şanlı-şöhrətli anlar da çoxdu. Bu anların əyani sübutalrını isə Azərbaycanın Hərb Tarixi Muzeyində görmək olar. Bu məqsədlə məktəbimizin hərbi rəhbəri , ehtiyyatda olan polkovnik-leytenant Muraz Sadıqovun zəhməti və nüfuzu ilə bu muzeyi ziyarət etmək bizə də qismət oldu.

Muzeyin rəhbər və bələdçi heyyəti bizi istiqanlı qarşılayıb muzeyin həyətində yerləşdirilən ağır texnikalarla, tanklarla, toplarla və helikopterlərlə tanış edəndən sonra içəri dəvət etdi. Peşəkar bələdçilər Şəlalə Behbudova və Səbinə Əhmədova muzey haqqında ətraflı məlumatlar verdi. Məlum oldu ki, bu gün artıq 12 zaldan və 12000 eksponatdan ibarət olan bu muzey hələ 1992-ci ildə Sovet Qoşumlarının Döyüş Şöhrəti Muzeyinin bazasında fəaliyyət göstərib. Burada "Hərbi Hava Qüvvələri”, "Quru Qoşunları”,” Hərbi Dəniz Qüvvələri”,”Heydər Əliyev və ordu quruculuğu”,”Müasir dövr”,”Zəfər tarixi ”,”Xocalı faciəsi ”,”Şuşa qalası” və .s. zallar fəaliyyət göstərir. Azərbaycan ordusunun Xürrəmilər, Səlcuqlar, Səfəvilər, Xanlıqlar, Çar Rusiyası, Birinci və İkinci Dünya müharibəsi dönəmində istifadə etdiyi hərbi sursat, döyüş sursatları, geyimlər, döyüş bayraqları, ilk Sovet İttifaqı Qəhrəmanlarından İsrafil Məmmədov və Həzi Aslanovun fotoları, Dünya xəritəsinin əllə hazırlanmış 3D formatı, son vətən şəhidlərimizin ailə üzvləri tərəfindən təqdim edilən şəxsi əşyalar, hərbi sursatlar burada böyük qayğı və həssaslıqla qorunub saxlanılır. Burda əvvəllər kənd təsərrüfatında istifadə olunan və 44 günlük savaşda ermənilərin döyüş məqsədi ilə istifadə etdiyi dronların saxlanılması həm də gələcək nəslə bir messajdı.

Gözlərimizdə həm tarixi itkilərdən doğan kədər , həm də qürur və fəxarət yaşları ilə muzeydən aralanıb bu tarixlərin son şanlı səhifəsi və son nidası olan Hərbi Qənimətlər Parkına yollandıq. Burda həm ordumuzun və Ali Baş Komandanın uğurlu komandanlığı ilə aparılan döyüş taktikasının , həm də düşmənin məkrli siyasətinin canlı izləri olan qənimətlər hər kəsi riqqətə gətirdi.

Ziyarətimiz 4 saat çəkdi. Amma biz sanki bir əsr yaşadıq, vuruşduq, döyüşdük, incidik, qan tökdük, qalib olduq və taleyin sınağından üzü ağ çıxdıq.

Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığl, müzəffər ordumuza ruh yüksəkliyi və Ali Baş Komandana can sağlığı və yeni zirvələr fəth etmək arzulayırıq!

Adil Həmid.

Şair- publisist, AJB-in üzvü.” Qızıl Qələm Mükafatı” laureat.



SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları