Azərbaycanlı xanımla evlənmiş italyan bəstəkar: “Üzeyir Hacıbəylidən faydalanmışam” - MÜSAHİBƏ

Mədəniyyət / 09.01.2019 10:26

Almaniyadakı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, bəstəkar Günay Mirzəyeva və həyat yoldaşı italiyalı bəstəkar və təşkilatçı Françesko MacioModern.az saytınamüsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Günay xanım, sizi və həyat yoldaşınızı Azərbaycanda xoş gördük. Azərbaycanı Almaniyada necə təbliğ edirsiniz? Musiqilərimizi dinləməyə gəlirlərmi?

- Hər dəfə Azərbaycana həsr olunmuş layihə həyata keçirəndə almanlar daha çox bizi dinləməyə gəlir. Musiqimizlə həm almanları, həm də italyanları heyrətləndirə bilirik. Konsert zamanı həm muğamlarımıza, həm də xalq və bəstəkar mahnılarımıza yer veririk. Tez-tez almanlar üçün musiqi alətlərimizlə bağlı master-klasslar keçiririk. Çünki musiqi alətlərimiz haqqında çox az informasiyaya malikdirlər.

- Bildiyiniz kimi, futbolda olduğu kimi, musiqidə dəsiyasi çalarlar var. Cənubi Qafqaz regionunun münaqişə ocağı olduğunu, Qarabağ problemini almanlara çatdıra bilirsinizmi?

- Düzü siyasətdən danışmağa çətinlik çəkirəm. Çünki siyasətlə yaxınlığım yoxdur. Ancaq musiqilərimlə Qarabağ münaqişəsini tanıtmağa çalışıram. Azərbaycan həqiqətlərini mədəni formada Almaniyada, İtaliyada təbliğ edirik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il dünyanın bir çox ölkələrində silsilə tədbirlər keçirilir. Təbii ki, biz də öz dəstəyimizi göstəririk. Hətta həyat yoldaşım Françesko Maceo Xocalıya həsr olunmuş musiqi əsəri də yazıb. Təbii ki bütün tədbirlərimizə alman vətəndaşları qatılır. Amma siyasətdən danışmaq mənim sahəm deyil.

- Musiqi də mədəniyyətin bir növüdür. Elə musiqi vasitəsilə də siyasi məsələləri diqqətə çatdırmaq mümkündür.

- Əlbəttə. Musiqi vasitəsilə buna nail olduğumuzu deyə bilərəm.

-Almaniyada qaçqın düşərgələri mövcuddur. Xüsusilə suriyalılar barədə neqativ hallara yol verildiyi söylənilir. Müşahidə edərkən hansı qənaətə gəlirsiniz?

- Suriya qaçqınları orada daha çox məskunlaşıb. Yenə də söhbət siyasi müstəviyə doğru gedir. Detalları barədə danışa bilməyəcəyəm. Mənə görə çətin suallardır.

- O zaman başqa suallara keçid edək. Dediniz ki, musiqi təhsilinizi Almaniyada davam etdirmisiniz. Belə anladım ki, əsas fəaliyyətiniz də elə tələbəlik illərinizdən başlayıb.

-Uzun illərdir ki, Almaniyada yaşayıram. Musiqi təhsilimi də orada almışam. Bakıdakı musiqi konservatoriyasını bitirib Almaniyada magistr təhsili almışam. 3 il olar ki, Almaniyada Azərbaycan Mədəniyyət Mərkəzini yaratmışam.

- İtaliyalı Françesko ilə tanışlığınız da bizim üçün maraqlıdır.

- Eyni musiqi məktəbində, eyni müəllimdən dərs almışıq. Elə ilk tanışlıqdan bizi musiqi, mədəniyyət birləşdirib. Ona görə də aramızda sevgi və münasibət baş tutub. Onu da deyim ki, Françesko Azərbaycanı çox sevir. Hər ikimiz bəstəkarıq və ayrı-ayrılıqda təşkilat rəhbərləriyik. Azərbaycana tez-tez səfər edirik. Çünki fərqli layihələr həyata keçiririk. Konsertlər keçiririk. Azərbaycana həsr olunmuş layihələrlə tamaşaçı qarşısına çıxırıq. Bu təkcə musiqi yaxınlığı deyil, həm də ölkələrarası əlaqələrin güclənməsidir.

- Bir evdə eyni anda İtaliya və Azərbaycan mətbəxinə yer verə bilirsinizmi?

- Hər iki ölkənin mətbəxinə yer veririk. Bir gün Azərbaycan, bir gün də İtaliya mətbəxinin dadına baxırıq. Amma bizi birləşdirən əsas məsələ musiqidir. Çünki musiqinin daxilində bizə yaxın olan bir çox çalarlar var.

- Azərbaycan ənənələrinə uyğun davransaq, bir qızın xarici vətəndaşla nikaha girməsi birmənalı qarşılanmır. Ən azından, din fərqi əsas gətirilir. Sizin Françesko ilə ailə həyatı qurmağınıza ailələriniz necə razılıq verdi?

- Çox normal. Atam da musiqiçidir. Məşhur bəstəkar Musa Mirzəyevdir. Dünyanı gəzmiş insandır. Ona görə də italiyalı insanla ailə qurmağım ailəm tərəfindən normal qarşılandı.

- Yeri gəlmişkən, Françeskonun da Azərbaycanla bağlı düşüncələrini öyrənmək istəyirik. Françesko, Azərbaycanda özünüzü necə hiss edirsiniz?

- Əla deyə bilərəm. Azərbaycanda dəfələrlə olmuşam. İnsanlarınız italyanlara çox bənzəyir. Ölkəniz zəngin mədəniyyətə, tarixə malik ölkədir. Bu da biz avropalıları, italyanları çox cəlb edir. İtaliya ilə Azərbaycan fərqli ölkələr olsa da, bizi bir çox məsələlər birləşdirir. Məsələn, nümunə kimi Qobustan qayaüstü rəsmlərini götürmək olar. Hətta, qayaüstü rəsmlərdən ilhamlanaraq "Qobustan” əsəri yazmışam. Demək olar ki, mən də Günay xanım kimi, diaspor sahəsində çalışıram. Almaniyada "İtaliya mədəniyyət və idman mərkəzi”nin rəhbəriyəm.

- Xarici qonaqlardan mütləq mətbəximiz barədə də soruşuruq. Siz necə bizim mətbəximizi bəyənirsizmi? Xüsusi sevdiyiniz yeməklərimiz varmı?

- Badımcan yeməklərinizi və zeytununuzu xüsusi sevirəm. Onu deyə bilərəm ki, sizin badımcan tərəvəziniz İtaliyadakı badımcandan daha dadlıdır. Badımcan dolmanız da çox dadlıdır.

- Musiqiçi olduğunuz üçün bizim musiqilərə də marağınızı öyrənmək istərdik. Hansı muğam ifaçımızı tanıyırsız?

- Çahargah üzərində bir əsər də yazmışam. Onu yazmadan öncə Üzeyir Hacıbəyovun əsərlərindən faydalanmışam. Alim Qasımovun ifasını çox bəyənirəm. Hətta onunla bir neçə dəfə görüşmüşəm. Azərbaycanın üç rəngli bayrağına musiqi yazmışam. Düşünürəm ki, sevgi olmasa bu əsərlər yazıla bilməz.

- Günay xanım, bir az da Almaniyaya necə getməyiniz barədə danışın. Almaniyada təhsil almağınız necə baş verdi?

- Almaniyaya getməyim cənab prezident İlham Əliyevin təşəbbüsü ilə baş vermişdi. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının prezident təqaüdçüsü, Ştutqard konservatoriyasının, Roma Santa-Çeçiliya Konservatoriyasının və Karlsrue konservatoriyasının məzunuyam. Hətta, dünya şöhrətli bəstəkar, professor Volfqanq Rimin sinfində bəstəkarlıq üzrə doktor dərəcəsi almışam

- Tez-tez səfər edə bilirsinizmi ölkəmizə?

- Əlbəttə. Konsertlər vermək üçün mütəmadi olaraq bura gəlirik. Səfirliyin dəstəyi ilə çoxlu layihələr edirik. Almaniyanın bir neçə şəhərində maraqlı konsertlər veririk. Onu da deyim ki, Azərbaycanın mədəniyyət tarixi dünyada yayılıb inkişaf edir. Biz də çalışırıq ki, xaricdə yaşadığımız müddətdə ölkəmizi, mədəniyyətimizi, dəyərlərimizi tanıdaq.

- Qayıdaq diaspor fəaliyyətinizə. 3 ildir ki, təşkilat yaratmısız. Əvvəlki diasporla bugünkü arasında hansı fərqləri müşahidə edirsiz?

- Fərqi bu gün daha çox hiss edirəm. Çünki əvvəllər yaxınlıq yox idi. Özümüzü Diaspor Komitəsinə yad hesab edirdik. İndi isə gördüyünüz kimi Azərbaycanda konsert layihələri həyata keçirməyə gələndə mütləq Komitəyə də baş çəkirik. Komitənin sədri Fuad Muradov xaricdə fəaliyyət göstərən hər bir azərbaycanlıya dəstək olur. Səsimizi, problemlərimizi dinləyir. Fuad Muradovun komitəyə sədr təyin olunmasından sonra yeniliklər gözə dəyir. Bir çox ölkələrdə, soydaşlarımızın təşəbbüsü ilə, Koordinasiya Əlaqələndirici Şuralar yaradılıb.

Düşünürəm ki, bu, ölkəmiz üçün çox böyük addımdır. Gələcəkdə bu istiqamətdə maraqlı tədbirlər həyata keçiriləcək. Əvvəllər pərakəndəlik vardı. Amma Koordinasiya Şuralarının yaradılması pərakəndəliyi aradan qaldıracaq. Eyni zamanda, İşçi qrupları da fəaliyyətə başlayıb. Bu da xaricdə yaşayan azərbaycanlıların bir mərkəzdən idarə olunmasına imkan verəcək.

Birgə işlərin nəticəsində ölkəmiz daha çox tanınacaq. Bu cür uğurlu işlərə görə Komitə rəhbərliyinə təşəkkür edirik. Eyni zamanda, ən böyük arzumuz diaspor təşkilatımızın dünyada tanınmasıdır. Bu ideyanı alqışlayırıq.




SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları