“Kaspi” qəzeti “Nəsimi ili” ilə bağlı müsabiqə elan etdi

Mədəniyyət / 16.01.2019 16:55

Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığının tədqiqi, təbliği və nəşri istiqamətində ardıcıl fəaliyyət göstərən "Kaspi” qəzeti "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə "Nəsimi ili” çərçivəsində "Əbədiyyət günəşi” adlı yeni məqalə müsabiqəsinə start verir.

Modern.azxəbər verir ki, bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasından 650 il keçir. Azərbaycan ədəbiyyatına daim diqqətlə yanaşan, imzaladığı fərman və sərəncamlarla klassiklərimizin irsinin ölkəmizdə və dünyada tanıdılmasına böyük töhfələr verən Azərbaycan RespublikasıPrezidenti İlham Əliyev 2019-cu ili "Nəsimi ili” elan edib.

"Nəsimi ili” çərçivəsində keçiriləcək "Əbədiyyət günəşi” adlı yeni məqalə müsabiqəsinin şərtlərini təqdim edirik.

Müsabiqəyə əsər qəbulunun şərtləri:

Müsabiqəyə elmi və publisistik məqalələr qəbul edilir Təqdim edilən əsərlə[email protected] ünvanına göndərilir. Elektron məktubda müəllifin əlaqə nömrəsinin qeyd edilməsi vacibdir.

Daha öncə dərc və çap olunmuş əsərlər müsabiqəyə qəbul edilmir.

Müsabiqədə iştirak edəcək namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Məqalələrin həcmi 5.000-30.000 (beş-otuz min) işarə (probelsiz) olmalıdır.

Müsabiqəyə əsər qəbulu 2019-ci ilin 21 yanvarından, həmin ilin 20 mayına qədər davam edəcək.

Müsabiqənin mükafatlandırılma mərasimi 2019-cu ilin oktyabr ayında keçiriləcək.

Müsabiqənin mükafat fondu:

Mükafat diplom və puldan ibarətdir.

I yer – 1000 (min manat) manat – (bir yer)

II yer – 700 (yeddi yüz) manat – (bir yer)

III yer – 500 (beş yüz) manat – (bir yer)

Həvəsləndirici mükafat – 150 (yüz əlli manat) manat – (altı yer)

Müsabiqəyə təqdim olunan əsərlər üçün lazımi sənəd:

Şəxsiyyət vəsiqəsinin surəti.

Müsabiqənin iş prosesi:

Məqalələr nömrələnmiş qaydada (imzasız) mükafatın işçi qrupuna (ekspertlərə) təqdim edilir. İşçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflər heyətinin üzvlərinə təqdim edir.

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə isə qaliblər müəyyən edilir.

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

Sonda ən yaxşı məqalələr kitab halında nəşr ediləcək.

Qeyd:Müsabiqə ilə bağlı suallarınızı[email protected] ünvanına yaza və ya (012) 537-16-57 nömrəsinə zəng edərək bildirə bilərsiniz.




SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları