Tarixçi-deputat: “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam”

Mədəniyyət / 17.01.2019 15:54

"Prezident İlham Əliyevin 2019-cu ilinilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Bu sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. 2019-cu ilin "Nəsimi ili” elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək”.

BunuModern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, sərəncamda qeyd edildiyi kimi, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir.

"Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin heykəli ucaldılıb və şair haqqında məşhur bədii film çəkilib.

Ulu öndər Heydər Əliyev kimi, İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan və inkişaf etdirən Prezidentdir. Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunan və ssenari müəllifi olduğum "Dahi azərbaycanlı” filmində (2013) onun təşəbbüsü və tapşırığı ilə çəkilən "Nəsimi”, "Babək”, "Dədə Qorqud” və "Nizami” filmləri barədə məlumat verilib”.

Deputat bildirib ki, Nəsimi dövrü və onun fəlsəfi görüşləri lazımınca araşdırılmayıb:

"Onun ustadı Fəzlullah Nəimi hürufilik elmi-fəlsəfi cərəyanının banisidir. Sovet dönəmində Nəsiminin din əleyhinə olduğu iddia edilir, əslində isə o, dinin əleyhinə deyildi. O, dində islahatların tərəfdarı idi. Nəsiminin dində islahatlar təklifi orta əsr Avropasındakı dini islahatlardan daha öncə baş verib. Bəşəri dəyərlərə, insana sevgiyə və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının əsas xəttidir”.

Akademik Nəsiminin məzarının Hələbdən Azərbaycana gətirilməsi haqda təkliflərə də münasibət bildirib.

"60 milyonluq Azərbaycan xalqı dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların məzarlarını bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Tariximizə toxunmaq olmaz. Və Nəsiminin məzarının Hələb şəhərində qalmasının tərəfdarıyam.

Bilirik ki, böyük mütəfəkkirimiz Rəsul Rza Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib. Mən o zaman bu məsələlərlə bağlı Rəsul Rzayla çoxsaylı söhbətlər etmişəm. O, Nəsiminin məzarının aşkar olunması və qorunub saxlanılmasında mühüm rol oynayıb”.

Y.Mahmudov onu da bildirib ki, Tarix İnstitutu bu il Şamaxı şəhərində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirəcək.




SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları