“Dünyaya çıxmaq üçün əlləşən adam deyiləm...” - Yazıçı Aqil Abbasla müsahibə
Mədəniyyət / 21.01.2019 13:19

Adalet.az millət vəkili, yazıçı Aqil Abbasın "Ədəbiyyat qəzeti"nə verdiyi müsahibəni təqdim edir.
- Aqil müəllim, 70-80-ci illər ədəbi nəslindənsiniz. O vaxt ədəbi proses necə idi? Çap məsələsində çətinliyiniz olurdumu?
- Həmin vaxtlar çap olunmaq qeyri-mümkün idi. Gərək böyük dayaqların olaydı. Arxanda nüfuzlu şair-yazıçı durmalıydı. O zaman ədəbiyyat özü də mafiya kimi idi. Mühitin içinə düşmək, çap olunmaq çətin olurdu. Amma deyim ki, o qədər də dəhşətli deyildi vəziyyət. Çətinlik olsa da, çap oluna bilirdin. Məsələn, "Ulduz” juranlı gənclərə yer ayırırdı, yeni imzaların yazıları orda çap olunurdu. Ədəbi dərnəklər vardı, gənc yazarları bir araya yığırdı. Yeni imzalardan ibarət almanaxlar çap olunurdu. Gənc yazarların ilk kitabları nəşr edilirdi. Nüsrət Kəsəmənli, Siyavuş Sərxanlı və başqa nüfuzlu adamlar ədəbiyyata təzə gələnlərə dəstək olurdu. Sonra Əkrəm Əylisli "Azərbaycan” juranlında baş redkator oldu, gənclərə böyük bir meydan verdi.
- Siz ilk dəfə harda çap olundunuz?
- İlk hekayəm "Şirinlik” "Ədəbiyyat qəzeti”ndə çap olundu. Sabir Əhmədli sağ olsun, bəyəndi və məmnuniyyətlə çap elədi.
- O dövrün çətinliklərindən danışdınız. Deyəsən, sizin də çap probleminiz olub. "Evləri köndələn yar” povestinizi deyirəm...
- Onun çapı uzun çəkdi. "Evləri köndələn yar” povestimdə Qədir Rüstəmovun obrazını yaratmışdım. Povesti 1971-ci ildə yazmışdım.
- Bildiyimə görə, povestin təməli dərs otağında atılıb... O povestin maraqlı tarixçəsi olub...
- Hə, o tarixçə belə olmuşdu... Bəxtiyar Vahabzadənin dərsində oturmuşduq. Pəncərə açıq idi, küçədə Qədirin səsini eşitdim. Dəftərə "Sona bülbüllər” haqda cızma-qara elədim. Sonra yazdığımı Bəxtiyar Vahabzadəyə verdim. O da oxudu və çox xoşuna gəldi.
- Elə bu əsərin də çapı baha-başa gəlib...
- Elədi... Deməli, Bəxtiyar müəllim onu aparıb verdi "Ulduz” jurnalına. Əhməd Cəmil "Ulduz”da işləyirdi, məni yanına çağırdı, dedi ki, burda bıçaqlanma yeri var, bu Komsomola yaraşmaz, gəl bu hissəni çıxardaq. Dedim ki, bəs əsərin əsas yeri odur, onu çıxartsam, heç nə qalmaz. Nə isə, söz-söhbət getdi. O səhnəyə görə əsəri çapa vermədilər.
- Sonra nə oldu bəs?
- Yazıçı Anarla qonşu idik. O zaman heç məni tanımırdı. Bir dəfə rastlaşdıq, nə yazdığımla maraqlandı. Mən də bu povestdən danışdım. Maraqlandı, dedi, ver oxuyum. Povesti oxuyub bəyənmişdi və mənə dedi ki, bunu mütləq çap etmək lazımdı. Ona çap problemini danışdım, dedi, həll edərik. "Ulduz”a göndərdi, dedi, Yusif Səmədoğluya deyəcəm çap etsinlər. Amma yenə çap olunmadı. Mən də üstünə düşmədim. Aradan bir az vaxt keçdi, yenə Anarla rastlaşdıq. Dedi, bəs niyə povestin çap olunmadı. Dedim, xəbərim yoxdu. Bərk əsəbləşdi. Zəng elədi redaksiyaya, onlara bunun səbəbini soruşdu. Ardınca mənə zəng elədilər. Dedilər ki, kim sənə deyir çap olunmayacaq. Povest çap olunacaq, darıxma. Hə, beləcə, povest 10 il sonra çap olundu. Amma ondan əvvəl hekayələrim çıxmışdı.
- "Evləri köndələn yar” sizə məşhurluq gətirdi...
- Elədi. Bilirsiniz, cavan yaşda povest yazmaq çətin idi. Hər cavan yazıçının povestini də çap etmirdilər. O povestimə görə xeyli məktublar gəlirdi redaksiyaya. Poçt işçisi məktub daşımaqdan bezmişdi, söyürdü (gülür) Demək olar ki, o məktubların 80-90 faizini oxudum. Əsas yazanlar gənclər idi. Sevgi, romantika ab-havasında məktublar yazmışdılar. Mən də o zaman əsəri çap etməyə imkan verməyənlərə, mane olanlara deyirdim ki, bəs deyirdin bu əsəri çap etsən gözdən düşəcəksən. Nə oldu bəs? Bu oxucu rəyləri nədi? Mən o məktubları saxlayırdım. Ağdamda yandı getdi.
- Bu məşhurluq sizə problem yaratmadı ki? Yəni bəzən populyarlıq qazanmaq növbəti əsərləri yazmaqda çətinlik yaradır...
- Doğrudur. "Evləri köndələn yar” əsəri çap olunandan sonra bir müddət yazmaqdan soyudum. Aylar sonra "Ən xoşbəxt adam” povestini yazdım. "Ulduz” juranlında çap olundu. Bu povestdən sonra ard-arda hekayələr və povestlər yazdım.
- Şeir də yazmısınız... Bu nəsr əsərlərindən əvvəl olub, ya sonra?
- Mənim ilk yazım nəsr olub. Elə haqqında danışdığımız "Evləri köndələn yar” povesti. Əsasən hekayə, povest yazmışam. Arada şeirlər də yazmışam. Daha doğrusu, yazmamışam, əzbərimdə olub, dost-tanışa demişəm. Heç bir şeirimi qələmlə yazmamışam. Dostlarımın çoxusu onu kağıza almışdılar. Rasim Qaraca şeirlərimi yığıb "Alatoran” jurnalına vermişdi. Başqa bir dostum da "Ulduz” jurnalında məndən xəbərsiz çap etdirmişdi. Yəni həmişə dostlarımın sayəsində şeirlərim işıq üzü görüb.
- Gözəl şeirləriniz vardı. Niyə şeirlə davam eləmədiniz?
- Cavan vaxtının şeirləri idi. Qız aldatmaq, qızların könlünü almaq üçün şeirə baş qoşmuşdum (gülüşmə).
- Şair olmaq istəmədiniz demək. Bildiyimə görə, evdə ədəbiyyatçı olmağınızı istəmirlərmiş...
- Evdəkilər mənim həkim olmağımı istəyirdilər. Tibb Universitetinə sənədlərimi vermişdim. Kiçik dayımla buraxılışa gedəndə birdən ağlıma gəldi ki, məndən həkim olmaz, geri qayıtdım. Sənədlərimi ədəbiyyat fakütləsinə vedim. Evdə də bunun üstündə dava düşdü. Amma mən ədəbiyyatı sevirdim. Ona görə də o fakültədə oxumaq istədim. Oxuya-oxuya da yazılar yazır, qəzetlərdə çap olunurdum.
- Çox erkən vaxtlardan yazmağa başlamısınız. Tez də məşhurlaşmısınız. Hətta Komsomol mükafatını da sizə gənc yaşlarında veriblər. O mükafata görə bir az narazılığınız olub deyəsən.... Onun tarixçəsi necədi?
- Narazılıq deyildi. Deməli, 1988-ci ildə "Günah” adlı kitabımı təqdim etdilər Lenin Komsomol mükafatına. Mən də o mükafatı aldım. Mükafatı alandan sonra məndən müsahibələr alırdılar. "Gənclər” qəzetindəki müsahibəmdə soruşdular ki, mükafatı almağa sevindinizmi. O zaman dedim ki, əgər bu mükafatı Ramiz Rövşəndən, Vaqif Bayatlıdan sonra alsaydım, çox sevinərdim. Onlar məndən istedadlı adamlardı, necə olur ki, mən alıram, onlar almır? Bir az da problem yaratmışdı bu sözüm.
- Aqil müəllim, sizi tanıyanlar, dostlarınız deyir ki, o, çox koloritli, yumor dolu insandır. Hətta İradə xanıma (yazıçı, Məmməd Arazın qızı İradə Tuncay nəzərdə tutulur – red) elçi getdiyinizdə rəhmətlik Məmməd Arazla Füzuli üstündə münaqişə düşdüyü deyilir. Necə idi o əhvalat?
- Elə şey olmayıb. Mən bir az qabartmışam. Biz Bayat kəndindənik, atamın da üç sevdiyi şair var: Nizami Gəncəvi, Sabir, Səməd Vurğun. Atam bunları əzbər bilirdi. Deyirdi ki, o biriləri şeir yazıb. Onun üçün göydən gələn üç şair var idi, vəssalam. Deməli, elçilikdə də Füzuli söhbəti düşdü. Bir az mübahisə yarandı. Məmməd Araz da dedi ki, məndən qız almağa gəlmisiniz, yoxsa dava eləməyə? (gülür). Yəni sözündən belə çıxdı ki, məndən ədəbiyyat davası eləyirsən?
- Ən məşhur romanınız "Dolu"dur. Hətta roman əsasında film də çəkilib. Müxtəlif rəylər aldınız, kimiləri çox təriflədi, kimiləri də tənqid etdi. Müsahibələrinizin birində demişdiniz ki, romanın detallarını siqaret qutularının üstünə yazmışam...
- O zaman Türkiyədə idim. Kağız tapa bilmirdim. Ya siqaret qutularının üstünə yazırdım, ya da qəzetin qırağına qeyd edirdim. Rəşad Məcidin gözünün qabağında olub bu. Rəssam "nabroska” eləyən kimi mən də beləcə xırda-xuruş qeydlər edirdim.
- Sonra o qeydlər romana çevrildi...
- Ağdam işğal olunandan o roman beynimdə idi. Ayrı-ayrı şeylər yazmışdım. "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, "Qiyamət gecəsi” və s. Hiss edirdim ki, bu roman yavaş-yavaş içimə yığılır. Günlərin birində Elməddin adında bir döyüşçü ilə çay içirdik. O mənə bir əhvalat danışdı. İki dost əsgər olub, dalaşıblar. Müharibədə biri ölüb, o birisi də bunu daşıyıb. Bu əhvalatı mənə danışdı, səhərisi romanı yazmağa başladım.
- Bəs nə vaxtsa müharibə mövzusuna təkrar qayıdacaqsınızmı? Bir dəfə demişdiniz ki, müharibə haqda cəmi 10 faiz yazmışam, hamısını yazsam, aləm dəyər bir-birinə. "Dolu”nun davamı olacaqmı?
- Davamı olmayacaq yəqin ki. Başqa bir mövzuda yaza bilərəm. Amma müharibə orda mütləq olacaq. Bilirsiniz, indi böyük həcmdə nəsr oxunmur. Daha yığcam formada nəsə yazmağı düşünürəm. İkincisi, sualınıza gələndə... Elə şeylər var ki, onları yazmaq olmur, aləm bir-birinə dəyə bilər. Adam hər bildiyini yazmaz. Bu olmaz.
- Aqil müəllim, sevimli yazıçınız Mirzə Cəlildir...
- Mirzə Cəlil stolüstü kitabımdır. Mən Mirzə Cəlil məktəbinin davamçısıyam. Mənim bütün əsərlərimdə ironiya var. Bu da Mirzə Cəlildən gəlir. Ümumiyyətlə, düşünürəm ki, Mirzə Cəlili, Haqverdiyevi, Üzeyir Hacıbəyovu oxumayan heç vaxt yaxşı yaza bilməz. İndiki gənc yazarlar elə ancaq Den Braun, Kafka adı çəkirlər. Azərbaycan dilini bilmir bu uşaqlar. Çünki bu dildə oxumayıblar. Yazdıqları da tərcümədən oxuduqları kimidir. Azərbaycan dilinin gözəlliyini, dərinliyini, incəliyini bilmirlər. Çağıraq bu dəqiqə gənc yazarların çoxusunu, görək nə qədər sinonim, antonim sözlər bilirlər. Bir cümlədə iki eyni sözü işlətməzlər axı. Hətta nəinki eyni sözü bir cümlədə. Hətta bir abzasda da işlətməzlər. Bu yazıçı işi deyil. Amma onlar bilmirlər və bu səhvləri həmişə təkrar edirlər. Biri cümlədə "müvəffəqiyyət” sözünü on dəfə yazır, bir dəfə də "uğur” yaz da...
- Oxuyursunuz gəncləri?
- Cavanların demək olar hamısını oxuyuram. Şərif Ağayar, Kəramət Böyükçöl, Aqşin Yenisey, Seymur Baycan, Ayxan Ayvaz, Oğuz Ayvaz, Eminquey sevdiyim imzalardı. Sizə bir şey deyim. Gəncləri tənqid etmək olar, amma qolunu-qanadını qırmaq olmaz. Mən sadəcə dostcasına onlara iradımı demişəm...
- Postmodernizm haqda nə düşünürsünüz?
- Mən bilmirəm o postmodernizm nədir. Yazıçı yazısını yazar, onun janrını tənqidçi müəyyən edər. Yazıçı qarşısına məqsəd qoymaz ki, mən postmodern mətn yazacam. Bu mənim üçün anlaşılmaz bir şeydir.
- Sevirsiz o cür postmodern mətnləri?
- Xoşuma gələnlər olur. Məsələn, mənim üçün Azərbaycanda ən gözəl postmodernist yazıçı Kamal Abdulladır. Azərbaycan ədəbiyyatından kənara da çıxa bilib və orda da qəbul olunub.
- Yazıçı və millət vəkili. Özünüzü daha çox hansı sahədə hiss edirsiniz?
- Mən yazıçıyam. Millət vəkilli müəyyən dövr üçündür. Əslində şairlər, yazıçılar, rəssamlar millət vəkilləridir. Millət vəkili iki cürdür: rəsmi, qeyri-rəsmi. Bu, şərəfli bir addır.
- Aqil müəllim, son sualım: Nobel mükafatı qazanmaq istəyiniz olub?
- Nobel siyasi mükafatdı. Heç bir azərbaycanlıya o mükafatı verməzlər. Məsələn, İsa Hüseynova Nobel düşürdü, amma vermədilər. Mənə gəldikdə isə... Dünyaya çıxmaq üçün o qədər əlləşən adam deyiləm.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları