Nazir: “Mədəniyyət sahəsində sistem təkmilləşdirilməlidir”

Mədəniyyət / 25.01.2019 15:00

Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də Xızı rayonunda vətəndaşları qəbul edib.

Modern.azxəbər verir ki, qəbuldan sonraklı açıqlamasında Əbülfəs Qarayev Prezident İlham Əliyevin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən maraqlı təkliflərin, müraciətlərin səsləndirildiyini vurğulayıb.

Qeyd edib ki, belə görüşlər yerlərdə mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsinə təkan verir:

"Bugünkü qəbulda da mədəniyyət sahəsində çalışan vətəndaşların müraciətlərinə baxıldı. Bir sıra təkliflər, müraciətlər oldu. Sözsüz ki, bölgələrdə keçirilən hər bir qəbul müəyyən məsələlərin həllinə kömək edir. Xızı rayonunda keçirilən qəbul da göstərdi ki, yerlərdəmüasir tələblərə cavab verən mədəni xidmətlərin təşkil olunması, müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun qurulması kimi məsələlər daha çox qaldırılır”.

Əbülfəs Qarayev bu xüsusda Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın əhəmiyyətini qeyd edib. Bildirib ki, fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur: "Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir”.

Nazir görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamına da diqqət çəkərək qeyd edib ki, yubiley çərçivəsində silsilə tədbirlər keçiriləcək. Bildirib ki, bununla bağlı məsələlər qəbul zamanı rayon ziyalıları ilə də müzakirə edilib:

"Cəfər Cabbarlının 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımlar atılır. İl ərzində ölkəmizin mədəniyyət müəssisələrində çoxsaylı tədbirlər keçiriləcək, teatrlarımızda görkəmli dramaturqun əsərləri tamaşaya qoyulacaq. Qəbul zamanı ədibin Xızıda yerləşən ev-muzeyinin fəaliyyətinin təkmilləşdirilməsi, yenilənməsi ilə bağlı təkliflər səsləndirildi”.

Nazir vurğulayıb ki, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün də yeni təkliflər hazırlanacaq. Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq.

Əbülfəs Qarayev daha sonra Cəfər Cabbarlının Xızıda yerləşən ev-muzeyinin fəaliyyəti ilə tanış olub.




SON XƏBƏRLƏR

2023-03-16

20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib

18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi

17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir

12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan

11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"

11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”

11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"

11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq

10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub

09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar

2023-03-15

19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"

18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək

18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü

17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB

15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"

11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb

10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"

09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

08:56 QHT məktəbi fəaliyyətə başlayır

08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı

08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev

08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi

08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

Product image

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları