Kamal Abdulla: “Xocalı böyük “SOS” işarəsidir”

Mədəniyyət / 22.02.2019 17:18

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi və Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla Xocalı soyqırımının əbədi olaraq yaddaşımızda qalacağını deyib: "Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Əslində, Xocalı böyük "SOS” işarəsidir. "Faşizm bu gün nədir?”, "Qaniçənlik bu gün nədir?”, "Vəhşilik bu gün nədir?” sualına cavab axtarmaq istəyən dünya bu gün Xocalı hadisəsi ilə buna qiymət verə bilər. Artıq qiymət verir. Çünki Ulu öndərin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verildi. O zamankı Azərbaycanın fərsiz hakimiyyəti və ondan da fərsiz müxalifətinin görə bilmədikləri və insanları vəhşiliklə üz-üzə qoyub, qaçıb gizlənmələri siyasi oyunlardan xəbər verirdi. Amma bədəlini adi insanlar, qocalar, qadınlar, uşaqlar ödədilər. Bu gün dünya Azərbaycan həqiqətlərinə daha çox inanır. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, qarşıdurmanın nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. "Xocalıya ədalət” layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır. Biz Xocalının intiqamını alacağıq, kimimiz hərb meydanında, kimimiz tələbə kimi auditoriyada, müəllim kimi iş otağında, fəhlə kimi dəzgahının arxasında, həkim kimi xəstəxanasında alacaq. Öz işimizdəki peşəkarlığımızı artırmaqla Xocalının intiqamı alınacaq. Biz həm intellektual, həm də bilik, dünyagörüşü nöqteyi-nəzərdən ermənilərdən üstün olduğumuzu sübut edəcəyik. Biz bu gün yalnız öz ömrümüzü yaşamırıq, Xocalıda vəhşicəsinə qətlə yetirilmiş insanların da ömrünü yaşamağa məcburuq. Azərbaycan bir daha belə bəlaya heç vaxt düşməyəcək, çünki Azərbaycan xalqı, milləti var, Prezidenti var”.

Tədbirdə ADU tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş video-çarx nümayiş olunub.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən "Xocalı əsrin faciəsi” adlı tədbirdə Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımov "Xocalı qırğını Azərbaycan tarixində faciə kimi”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov "Xocalı soyqırımının siyasi təhlili və politoloji aspektləri”, Qafqazşünaslıq kafedrasının müəllimi Ramin Quluyev "Xocalı faciəsi şahidlərin yaddaşında” mövzusunda çıxış ediblər, Xocalı Hava Limanı xətt polis bölməsinin döyüşçüsü Nazim Hacıyev isə şahidi olduğu hadisələri danışıb.

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə "Xocalı şahidlərin gözü ilə" adlı tədbirdə millət vəkili Sədaqət Vəliyeva, 1992-ci ilin may ayında Şuşada, 1993-cü ilin oktyabr ayında Naxçıvanda gedən döyüşlərin iştirakçısı, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Faiq Kərimov, Xocalı sakini, şəhid ailəsinin üzvü, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev, 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, Psixologiya kafedrasının dosenti Əzim Əliyev Xocalı soyqırımı, dinc əhaliyə qarşı törədilən amansızlıqlar haqqında fikirlərini bölüşüblər. Xocalı sakini, 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva isə əsirlikdə olduğu müddətdəki acı xatirələrindən söz açıb.




SON XƏBƏRLƏR

2023-06-03

10:04 İranda casus kimi həbs edilən Fəridin anası danışdı - VİDEO

09:35 İndoneziyanın müdafiə naziri Ukrayna ilə bağlı sülh planını açıqlayıb

09:33 Model: "Məni 13-cü mərtəbədən atmağa cəhd edirdi"

09:30 Elşad Hacıyev: "Keçmiş polis icraatdan yayınmaq üçün həqiqətə uyğun olmayan iddialar səsləndirir"

09:00 Hindistanda ölənlərin sayı 288 nəfərə çatıb, ştatda bir günlük matəm elan edilib – YENİLƏNİB

08:32 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

07:00 Bu gün IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək

2023-06-01

11:11 Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq

10:41 Bir qrup sahibkar qadınlar və həkim üzvlərimiz Astaraya səfər edib

2023-05-30

17:08 Azərbaycanın və İsrailin birinci xanımları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar

15:21 Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi iləMacarıstanda tədbir keçirilib

15:02 Dövlətimiz bərpa-quruculuq işlərini sürətləndirir

13:22 Kəlbəcərin prokuroru Vüqar Əhmədli pedaqoqlarla görüşdü

12:47 Vilayət Eyvazov xanım polkovniki təqaüdə göndərdi

12:19 Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

11:19 Fazil Mustafa güllələndikdən sonra ilk dəfə Milli Məclisin iclasına qatıldı

11:15 Həkim nəzarəti olmadan bunları etməyin - Nazirlik

11:12 "Ərdoğanın qələbəsi bütün Azərbaycan xalqını sevindirib" - Spiker

11:08 Milli Məclisin iclası başladı

10:59 Baş prokuror Astarada vətəndaşları qəbul edəcək

10:29 İsrail Prezidenti Azərbaycanda

10:08 Mövqelərimiz atəşə tutuldu

10:01 Vəfa borcunu unudanlara nadan və nankor deyilir

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

09:46 Moskvaya PUA hücumu olub - VİDEO

09:41 Hərb tariximiz- qürur mənbəyimiz!

09:34 Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

09:26 Əks halda cənab Prezidentin dediyi kimi “Dəmir yumruq yerindədir”

09:05 Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

09:47 “Əl-Hilal”dan Messiyə fantastik təklif

Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları