QHT Ağdaban faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirib

Cəmiyət / 09.04.2019 10:38
Bu il erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 27 il ötür. Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir.

Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il olduğu kimi bu dəfə də Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi anım mərasimi təşkil edib.

Mərasimi giriş sözü ilə "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq tədbirin məqsədi haqda və Ağdaban faciəsi barədə tədbir iştirakçılarına qısa məlumat verib. O öz çıxışında qeyd edib ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrəndə açılmış cinayət işləri ilə öz hüquqi dəyərini qazanır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir. Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır. Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırım cinayətinin qurbanları sırasında yer alırlar. Bu gün ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən xalqımızın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdrılır və onlara hüquqi-siyasi qiymət verilir.

Sonra ziyalılar adından professor Şahlar Əsgərov, Adil Cəmil, Yusif Hüseyn, Mirvari xanım Verdiyeva, şəhid ailələri, hadisənin şahidləri və başqaları çıxış edərək bildiriblər ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndi tamamilə erməni seperatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verildi. 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi. Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. Keçmişini unudan gələcəyini qura bilməz deyib babalarımız. Bu mənada tariximizi öyrənmək və onu gənc nəslə öyrətmək bizlərin üzərinə düşən ən böyük məsuliyyətdir. Bu tədbir gənclərimizin Ağdaban faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və bir dərs kimi baxması, belə hadisələrin dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırılmasında onlara yardımçı olmaq missiyası daşıyır.

Tədbirdə o da qeyd edilib ki, son günlər müxtəlif xarici ölkələri özlərinə vətən seçən sapı özümüzdən olan baltalar dövlətimizə və millətimizə qara yaxmaq əməllərini indi də xalqımızın başına gətirilən faciələri oyun alətinə çevirmək istiqamətində davam etdirirlər. Təbii ki, minlərlə şahidlər və tarix özü kimin kim olduğunu çox yaxşı bilir. Halbuki belə şəxslər sərhədlərimizin o tayında, yaşadıqları xarici ölkələrdə Qarabağ münaqişəsinin ayrı-ayrı epizodlarını, səhifələrini olduğu kimi yerli ictimaiyytə müxtəlif vasitə və alətlərlə çatdıra bilərlər. Elə götürək Ağdaban müsibətini. Aradan keçən 27 il ərzində dünyanın heç bir nüfuzlu ölkəsində və ya hansısa beynəlxalq təşkilat çərçivəsində həmin qətliamın ifşası istiqamətində tədbirlər keçirilməyib. Halbuki bu gün müxtəlif platformaslarda tribuna əldə edərək oradan Azərbaycana qarşı pafoslu bəyanatlar verməklə işğal tariximizin bəzi məqamlarını təhrif etmək niyyəti güdən bəzi soydaşlarımızın əlində maddi və təşkilati resurslar var ki, qeyd etdiyimiz ifşa siyasətini həyata keçirsinlər. Bütün bunlar yuxarıda da qeyd etdiyimiz mental natamamlıq kompleeksimizin fəsadlarıdır və buna üzülməmək olmur. Sadəcə bizim missiyamız bu xain və nankor qüvvələrə fikir vermədən Azərbaycanın haqq işini dünyanın diqqətinə çatdırmaq və Prezident cənab İlham Əliyevin qətiyytli siyasətinə dəstək olaraq ölkəmizin problemlərinin həlli üçün çalışmaqdan ibarət olmalıdır. İndi biz ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətləri dünyanın diqqətinə çatdırmaqla bu missiyamızı yerin yetirə bilərik.



SON XƏBƏRLƏR

2023-09-22

18:02 Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı AÇIQLANDI

17:52 "Qarabağ Azərbaycandır" - İbrahim Rəisi

17:48 Bizim təklifimiz sülh, əmin-amanlıq, müttəfiqlikdir

17:46 “Azərbaycan Qarabağın erməni əhalisinə dəstək verəcək”

17:39 Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO

16:42 9 yaralı erməni Xocavənddən Xankəndiyə aparıldı - YENİLƏNİB

14:42 Ermənilərin son iki ildə atəşkəsi neçə dəfə pozduğu AÇIQLANDI

14:20 "Cəsədlərinin toplanması üçün sülhməramlılarla iş aparılır" - Hikmət Hacıyev

14:17 Silahı yerə qoyan hərbçilər azaddırlar - Prezidentin köməkçisi

14:15 Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır - RƏSMİ

14:14 Şuşada bir nəfər minaya düşdü

10:30 Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcək

10:30 İcma: "BMT TŞ-nin iclası Ermənistanın havadarlarının iç üzünü göstərdi"

09:44 "Qızılbulaq" yatağı Azərbaycanın nəzarətinə keçdi - VİDEO

09:36 "İlham Əliyev dedi ki, işi bitirdik" -Ərdoğan

09:34 Hərbçimiz erməni əsgərin həyatını xilas etdi - VİDEO

09:32 Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü

09:15 Qarabağda antiterror tədbirlərinin Ermənistana aidiyyatı yoxdur - Ərdoğan

09:00 Bakıdan Qarabağ ermənilərinə ərzaq yükü göndərildi - FOTO

2023-09-21

18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov

18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat

17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert

17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov

17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev

17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN

16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA

15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”

15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti

15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu

15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur

14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"

13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir

13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

11:10 "Neftçi" "Zenit"lə oynayacaq

Product image

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları