"Həkimlər valideynlərin dili ilə"

Cəmiyət / 25.04.2019 18:21

Beynəlxalq Mətbuat Mərkəzində Dr. Leyla Həsənova və onun rəhbəri olduğu"ABC Tədris İnkişaf Mərkəzi”in təşkilatçılığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının dəstəyi ilə "Həkimlər valideynlərin dili ilə" adlı layihənin təqdimatı keçirilib.

Dövlət himninin səsləndirilməsindən sonra tədbirdə açılış nitqi ilə çıxış edən Dr. Leyla Həsənova layihə haqqında danışıb: "Həyatımızda baş verən hər bir hadisənin ya səbəbi, ya da mütləq bir səbəbkarı olur. Bizim bugünkü təqdimatın isə 3 səbəbkarı var- uşaqlarımız, valideynlərimiz və həkimlərimiz! Tədris mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərdiyim ilk gündən valideyn və uşaqlarla ünsiyyət qurmağa çalışır, ixtisasca həkim olduğumdan isə həmkarlarımla ünsiyyətdə olub söhbət etdikdə, hər üç tərəfin arzu və ehtiyaclarını, çatışmayan hissəsini gördüm. Bəs təqdimat üçün niyə məhz bu günü seçdik? Bu gün 23 aprel Beynəlxalq Uşaq şənliyi günü və Ümumdünya Kitab və Müəllif Hüququ Günüdür. Bu münasibətlə də balaca qonaqlarımıza hədiyyələrimiz olacaq. Onlar bizim gələcəyimizdirlər, gələcəyə gedən yolumuzun şəfəq saçan "işıqlarıdırlar”.

Daha sonra "Azərbaycanın Milli Geyim" mərkəzinin rəhbəri, sənətşunaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner, AQSİA-nın SMK-nın rəhbəri Gülnarə Xəlilova Leyla Həsənovanın layihəsinin önəmindən söz açaraq bu cür vacib layihələrə ehtiyac olduğunu dilə gətirib. O qeyd edib ki, uşaqlarımızın sağlam böyüməsi üçün sağlam düşüncəli, bilikli ananın olması çox vacibdir. Həmçinin qadın birliyinin valideynlərin daim bir-biri ilə ünsiyyətdə olmasının əhəmiyyətindən söz açan natiq "Qadınlar bir olduqca güclüdürlər!"- deyərək sözü Bakı Tekstil Fabrikinin təsisçisi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayevaya verib. Səkinə Babayeva öncə AQSİA-nın yaranma tarixindən danışaraq fəaliyyətə başladığı gündən etibarən bir sıra fəal qadınları öz ətrafına toplayıb, onlara dəstək olduğunu söylədi. O qeyd edib ki, uşaqlar cəmiyyətimizin aynası, xalqımızın gələcəyidirlər. Natiq bunun üçün belə uğurlu və sosial cəhətdən əhəmiyyətli layihələrə hər zaman dəstək olacaqlarını bildirdi. Daha sonra Dr. Leyla Həsənova layihə barədə daha ətraflı söz açaraq bundan sonra görüləcək işlər barədə danışıb: " Layihənin əsas məqsədlərindən biri sağlam gələcək naminə valideynlərin suallarına cavab tapması, tibbə bəlli olan xəstəliklər, onların səbəbləri və fəsadları barəsində geniş məlumat almasıdır. Valideynlərimizi bəzi yanlış fikirlərdən yayındırmaq onları tibbi cəhətdən maarifləndirmək də əsas qayəmizdir. Layihə ilə bağlı tədbirlərimiz davamlı olacaq, ayda iki dəfə görüşlər keçirəcəyik ki, hər görüşdə də ayrı-ayrı həkimlərlə müəyyən edilmiş mövzu ətrafında sual-cavablar olacaq. Görüşlər "ABC Tədris və İnkişaf Mərkəzi”ndə və bölgələrdə keçiriləcək. Layihənin startında ilk olaraq həkimlər - Pediatr Aytən İsmayılzadə, nevroloq Əntiqə Məmmədova, USM həkimi Xuraman Aslanova, dermatoloq Tavat Cavadzadə, endokrenoloq Fərqanə Məmmədli, psixoloq Lamiyə Vəkilova qonağımız, əməkdaşlıq etdiyimiz mütəxəssislər olacaqlar.”

Tədbir əsnasında bir sıra həkimlər də öz sahələrində olan problemləri və gələcək tədbirlərdə hansı mövzulara toxunacaqları barədə məlumatlar veriblər.




SON XƏBƏRLƏR

2023-05-25

10:19 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarından biri olub

09:27 Litva ilə əməkdaşlıq Azərbaycana çox böyük perspektivlər vəd edir

2023-05-24

11:00 Ölkə başçısının Litvaya səfəri Avropa İttifaqı çərçivəsində əlaqələrin daha da genişlənməsinə mühüm töhfədir

2023-05-23

18:14 Səkinə Babayeva Beynəlxalq iqtisadi forumda iştirak edib

2023-05-22

16:38 İmtahan həyəcanı

2023-05-18

19:29 İranın BMT Forumuna sədr təyin edilməsi beynəlxalq etiraz doğurub

18:44 Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO

18:40 MN: "Azərbaycan Ordusu Ermənistan mövqelərini minaatanlardan atəşə tutmayıb"

18:33 Milli mənəvi dəyərlər monolit ailə institumuzun təməlidir mövzusunda layihə

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

18:26 Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

18:14 Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün layihə hazırlanır

17:08 Səbinə Əliyeva: "Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı qeydlər əsassızdır"

17:03 Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

16:18 “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

16:16 Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib

16:12 Paşinyan İlham Əliyevlə danışıqları vacib adlandırıb və sülh yolunda atılmalı olan addımları sadalayıb

16:00 Azərbaycan Prezidenti Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB

15:35 Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair saziş təsdiqlənib

15:28 İlham Əliyev və Paşinyan Moskvada görüşəcəklər

14:52 Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verilib

14:04 Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”

12:18 AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

11:37 Çavuşoğlu: "Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq"

11:15 Mövlud Çavuşoğlu: “Mayın 14-də keçirilən seçkilərdə qalib gələn Türkiyə demokratiyası oldu”

11:09 Ərdoğan: "Parlament seçkilərindəki qələbəmiz CHP-də sabitliyi pozub"

10:42 MM-in komitə sədri: "Psixoloji yardım sahəsində təhsili, təcrübəsi olmayan şəxslər çalışır"

2023-05-17

18:44 Prezident və xanımı sərgilərlə tanış oldu - YENİLƏNİB

18:22 MN: "Ermənistan mövqelərinin atəşə tutulması barədə məlumat tamamilə yalandır"

11:20 İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib

10:46 Mətbuat Şurası bu başlıqla xəbər yayanlara çağırış etdi

10:16 DİN-dən Ağdaş sakininin iddialarına münasibət

10:08 İlon Mask: “Soros bəşəriyyətə nifrət edir”

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

18:31 İngiltərədə mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb

Product image

09:48 Çempionlar Liqasında ilk finalçı məlum oldu - VİDEO

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları