Çernobıl faciəsinin sağ qalmış şahidi: Sağ olsun bu faciənin qarşısını alanlar ki, onu yayılmağa qoymadılar

Maraqlı / 18.06.2019 13:16
"XX əsrin ən böyük texnogen faciəsi Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzadır", - 32 il əvvəl baş vermiş qəzadan sonra könüllü Ukraynaya yollanan Eldar Sultanov deyir.

Çernobıl Əlilləri Cəmiyyətinin sədr müavini olan Eldar Sultanov Çernobıl hadisələri ilə bağlı xatirələrini ilə bölüşüb:

- Qəzanın miqyası və şiddəti o qədər böyük idi ki, 1945-ci ildə Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atılmış atom bombası belə ondan zəif olardı. Sağ olsun bu faciənin qarşısını alanlar ki, onu yayılmağa qoymadılar. Ancaq o vaxt radiasiya artıq Avropa və Türkiyəyə qədər gedib çıxmışdı. İlk günlər bu faciəni gizlətmək istədilər. Hadisə 1986-cı ilin aprelin 26-da oldu. Bundan bir neçə gün keçsə də heç bir həyəcan təbili çalınmadı, camaata məlumat verilmədi və üstəlik, Kiyevdə 1 may nümayişi təntənə ilə keçirildi. Qəza baş verəndə hadisə yerinə birinci yanğınsöndürənlər getmişdi, lakin onlara da yanğının və partlayışın nə səbəbləri, nə də xarakteri haqqında məlumat verilməmişdi. Onların hamısı vəfat etdi.

- Siz o zaman harda idiniz?

- Mən əvvəllər Kiyevdə milis (polis) zabiti işləyirdim. Bu hadisələrdən az əvvəl Azərbaycana qayıtmışdım, mühəndis kimi işə düzəlmişdim. Qəzadan bir neçə gün sonra ölkə televiziyasında hadisə barədə nəhayət məlumat verildi, sakinlərin Çernobıldan və Kiyevdən çıxarılması kadrlarını gördüm. Milis kimi işlədiyim yerlər idi. Bu, mənə pis təsir elədi. Bundan sonra könüllü olaraq hadisə yerinə getməyə, xilasetmə əməliyyatlarında iştirak etməyə qərar verdim.

- Hara müraciət elədiniz? Adamları hansı qurum toplayırdı?

- Mən hərbi komissarlığa yollandım, onlar məni könüllü kimi qeydə aldılar və Kiyevə getdim. Orda mənə könüllü kimi yenə ərizə yazdırdılar. Başqa azərbaycanlılar da vardı. 6 mindən çox azərbaycanlı getmişdi Ukraynaya. Amma deyə bilmərəm ki, hamısı könüllü idi. Bilirsiz, radiasiyanın yayılmaması üçün reaktor olan yere beton tökülməliydi. Faciənin qarşısını tez almaq üçün betonu hara gəldi və necə gəldi tökürdülər ki, reaktoru bağlasınlar. Reaktor isə bağlanmırdı. Reaktorun texnologiyası elə idi ki, nəsə baş verəndə o, quyuya düşməli idi və ağzı bağlanmalı idi. Lakin qəza zamanı planlaşdırılan kimi olmadı. Reaktor quyuya tam düşmədiyi üçün üstü tam bağlanmamışdı, sızma vardı. Buna görə də ora əlavə tonlarla sement tökürdülər.

-Sizi aparanda radiasiyaya yoluxmamaq üçün hər hansı bir texniki vasitələr verdilərmi?

- Mövcud hər nə var idi verdilər, ancaq izah etmədilər. Vaxt yox idi, elə dedilər ki, bura qol çək. Nəyə 
qol çəkdiyini heç özün də bilmirdin. Mən öyrəndim ki, bütün qaydaları yerinə yetirməyə dair qol çəkirəm, yəni hər nə olsa, təqsirkar özünsən. Hesab edin ki, 9 mərtəbəli bina tikilib, onun 8 mərtəbəsi yerin altında, 1 mərtəbəsi isə yerin üstündə tikilib. Yerin üstündən binaya baxanda adama elə gəlir ki, birmərtəbəli binadır. Amma bunun hələ səkkiz mərtəbə zirzəmisi var. Orda 5 metr dərinlikdən sonra olan bütün ərazilərə kənar adamlar buraxılmırdı, yalnız oranın öz işçiləri və könüllülər girə bilirdilər. Biz orda bir sənəd də imzaladiq: Dövlət sirrini açmamalıydıq. 25 il ərzində kimsəyə bir söz deməməliydik.

- Söhbət hansı dövlət sirrindən gedir?

- O zaman dəqiq bilmirdim, amma sonralar anladım ki, SSRİ o vaxt çoxlu belə Atom Elektrik Stansiyalarının (AES) tikilməsi haqda xarici ölkələrlə müxtəlif müqavilələr imzalamışdı. Əgər hər şey açıqlansaydı, onlar imtina edərdilər. AES-in tikilməsi çox böyük vəsait tələb edirdi və SSRİ külli miqdarda pul itirə bilərdi. Yəqin buna görə susmağımızı istəyirdilər.

- Siz hadisə yerinə gedəndə nələr gördünüz?

- Orda radiasiya şiddətindən asılı olaraq, 24 saat ərzində elə yerlər var idi ki, cəmi bir necə dəqiqə işləmək olardı, elə yerlər var idi ki, cəmi yarım saat. Bəzi yerlərdə iş müddəti 10 dəqiqə idi, hər 10 dəqiqədən bir yarım saat bunkerdə oturmalıydın.

-Siz xilasetmə əməliyyatında nə ilə məşğul idiniz?

- Üçüncü bloku dördüncü blokdan ayırırdılar. Çox qalın beton divarla ayırırdılar. Dördüncü blokun yuxarı hissəsində də beton işləri gedirdi ki, sızma dayansın. Çöl tərəfdə yerin altından da çox yüksək radiasiya vururdu. Az qala yarım metr asfalt tökdülər, amma köməyi olmadı.

- Orda nə qədər işlədiniz?

- Mən səkkizinci günü xəstələndim. Dəfələrlə radioloji mərkəzdə müalicə almaq məcburiyyətində qaldım. Yarım il orda yatdım, sonra uzun müddət müalicə oldum. Yalnız 90-cı illərdə özümü bir qədər yaxşı hiss etməyə və yeriməyə başladım. Mən yeriyə bilmirdim, səsim tutulmuşdu və hafizəmi itirmişdim. 28 kilo arıqlamışdım.

- O zaman neçə yaşınız var idi?

- O vaxt 35 yaşım var idi. İndi mənim 67 yaşım var. Xəstəlik zamanı mənə istədilər diaqnoz qoysunlar ki, guya bu, anadangəlmədir. Mən isə etiraz etdim ki, əgər mən belə doğulmuşamsa, necə əsgər getmişəm?

- Başqa yoluxan adamlar da var idimi?

- Var idi. Bizi ayrıca palatalarda saxlayırdılar. Mənimlə bir palatada olan insan vəfat etdi. Mənim isə bəxtim gətirdi ki, hələ də həyatdayam. Artıq hər şey arxada qalıb.

-O hadisədən sonra ora getmisinizmi?

- Hadisədən sonra Çernobıla 90-cı illərdə yeni yaradılan Çernobıl İttifaqının I qurultayı üçün getdim. Mən Azərbaycandan nümayəndə kimi getdim. Azərbaycan Çernobl Əlilləri Cəmiyyəti də elə eyni ildə yaradılıb. O illərdə əlillərin sayı sürətlə artmağa başladı.


SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb