Cəmilə Çiçəyin tərtib etdiyi “Modern Azərbaycan ailə modeli” kitabı haqqında

Sosial layihə / 23.08.2019 22:46

Geniş oxucu auditoriyasına təqdim edilən elmi-kütləvi materiallardan ibarət "Modern Azərbaycan ailə modeli” kitabını məhsuldar tədqiqatçı-alim Cəmilə Çiçək- İsbəndiyarovanın uğurlu layihələrinin növbəti məntiqi nəticələrindən biri kimi qəbul etmək mümkündür. Bu kitabdan da göründüyü kimi, Cəmilə Çiçək Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab olunan ənənəvi və modern ailə dəyərlərinə dair maraqlı cəhətləri ilə fərqlənən dəyərli tədqiqatları bir araya gətirə bilib. Onun hazırladığı bu yeni toplu tanınmış mütəxəssislərdən ibarət həmmüəlliflərin apardıqları məhsuldar araşdırmaların nəticəsidir. Milli və çağdaş ailə formalarının müxtəlif tərəflərinə toxunan bu elmi-nəzəri yazıların müəllifləri, sözsüz, intellektual bir işə imza atıblar.

Hələ ötən il - 2018-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə C.Çiçəyin sədrlik etdiyi "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi ailə sistemimizin əsas tərkib hissəsi olan ağsaqqallıq mövzusunda milli və sosial problemlərlə bağlı layihəni uğurla həyata keçirib. Beynəlxalq Mətbuat Mərkəzində geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, sosial media təmsilçilərinin, bloqerlərin iştirak etdiyi "Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili" adlı ilk layihənin nəticələrinin təqdimat mərasimi təşkilatın qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqlincə gəldiyini bir daha təsdiq etdi. Tədbirdə səslənən fikirlər, eyni zamanda, layihə çərçivəsində nəşrə hazırlanaraq çap edilən "Ailə dəyərlərini simvollaşdıran kultlar" elmi-kütləvi kitabındakı və genişləndirilərək internetdə http://www.zekaishiginda.az ünvanlı saytın ayrıca bölümündə yayımlanan ağsaqqallıq, ailə mövzularına, milli-mənəvi dəyərlərə aid elmi-kütləvi materiallar sübut edir ki, bu humanitar, sahədə fikrimizcə inkişaf etdiriləsi çox məsələlər var. Layihə çərçivəsində təşkil olunan milli ailə mövzusunda ictimai dinləmə – dəyirmi masada səslənən mülahizələrdən də belə nəticə çıxarmaq olar ki, bu ictimai birlik öz profilinə uyğun olaraq, problemlərin əsas səbəblərini, həmçinin qlobal dünyada gedən inteqrasiya çağında müxtəlif ölkələrdə yaşayan 55 milyonluq soydaşımızın ailə-məişət düşüncələrini araşdırmaq, ümumiləşdirərək əlaqədar orqanlar, geniş ictimaiyyət qarşısında vacib sayılan təkliflərlə çıxış etmək gücündədir.

Nəşr olunacaq yeni toplunun planından, həmçinin QHT-nin yeni layihəsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət növlərindən də göründüyü kimi, ictimai birliyin üzvləri müasir həyatın bütün sahələrinin qloballaşdığı, internetləşdiyi, elektronlaşdığı – virtuallaşdığı bir vaxtda ailə probleminin aktuallığını yaddan çıxarmırlar. Layihə müəllifləri yeni nəsil nümayəndələrinin qarşısında Azərbaycan milli-mənəvi dünyagörüşünün tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ənənəvi ailə dəyərlərinin dirçəldilməsi, onların modernləşdirilməsi kimi ciddi məsələləri ardıcıl araşdırmağı qarşılarına məqsəd qoyublar. Bu layihə başqa ölkələrdə yaşayan, yad - xarici mədəniyyətlərin daşıyıcılarına çevrilməkdə olan gənc soydaşlarımız üçün də tarixi yaddaş funksiyasını yerinə yetirir. Modern ailə formalarının modellərini işləyib hazırlayan mütəxəssislərin iştirakı ilə ictimai-mədəni, sosial-intellektual müzakirələrə rəvac verə biləcək elmi-kütləvi toplunun nəşri həm də bu istiqamətdə sahəvi ədəbiyyatın zənginləşməsinə xidmət edəcək.

Geniş oxucu kütləsini maraqlandıracaq tədqiqatçı-alimlərin, psixoloqların, ailə məsələləri üzrə mütəxəssislərin bu mövzu ilə bağlı işıq üzü görən bu kitabında da həm xalqımızın milli-mənəvi dəyərlər sistemindən qaynaqlanan mənbələrdən, həm real təcrübələrin ümumiləşdirilmiş nəticələrindən, həm də o sahəyə dair müxtəlif elmi-publisistik ədəbiyyatlardan istifadə edilməsi nəşrin ciddiliyindən xəbər verir. Ona görə də reallaşdırılan layihə, ortaya çıxarılan kitab vacib bir sahəyə - ailəşünaslığa dair gərəkli intellektual-təcrübi vəsait kimi xüsusi maraq kəsb edir. Eyni zamanda mütəxəssislər, oxucular, kitabdan mənbə kimi istifadə edəcək hər kəs burada Azərbaycan xalqının bütün zamanlardakı ailə dəyərlərinin forma və məzmunu barədə tutarlı məlumatlar əldə edə biləcək.

Geniş ictimaiyyətin diqqətinə çatdırılan "Modern Azərbaycan ailə modeli” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, "Zəka İşığında” İctimai Birliyinin həyata keçirdiyi "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili" adlı aktual bir layihə çərçivəsində araya-ərsəyə gətirilib. Bu faktın özü də onu sübut edir ki, müstəqil dövlətimiz milli-mənəvi, etik-modern dəyərlərimizə böyük sayğı və ciddi maraqla yanaşır, bu dəyərlərin gələcək nəsillərə çatdırılması üçün gərəkli addımlar atanları hər zaman dəstəkləyir. Son nəticədə isə, söz yox, biz bir xalq olaraq soykökümüzə, milli-mənəvi dəyərlərimizə bağlılığımızı qoruyub saxlamaq imkanına malik oluruq.


Bu baxımdan zənn edirik ki, məhsuldar cavan alim, araşdırmaçı-jurnalist Cəmilə Çiçəyin rəhbərlyi altında araya-ərsəyə gələn, ənənəyə, çağdaş dünyagörüşlərə söykənən, tarixi sivilizasiya yolumuza, mədəniyyətimizə - mənəviyyatımıza önəm verilərək hazırlanan, elmi araşdırmaları özündə əks etdirən bu kitab mütəxəssislər və oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Babək BAYRAMOV

NLP center MMC, təsisçi




SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb