Modern Azərbaycan ailəsinin ideoloqu: Mehriban xanım Əliyeva

Sosial layihə / 26.08.2019 11:09

Qərb ölkələrində ailə problemləri ilə ciddi məşğul olan beyin mərkəzlərinin, QHT-lərin, ailə institutlarının, sosioloji təsisatların çoxsaylı araşdırmalarına, maraqlı nəticələrinə, fərqli metodoloji modellərinə rəğmən, Azərbaycanda da dövlət qurumları və ictimai təşkilatlar tərəfindən bir sıra dəyərli layihələr həyata keçirilir. Dövlət müstəqilliyimizin qarantı olan Ümummilli Liderimiz Heydər Əliyevin Prezidentliyi dönəmindən bu yana çoxsaylı elmi-kütləvi tədqiqatlar, sosioloji sorğular, kulturoloji və sosioloji, iqtisadi-sosial araşdırmalar aparılsa da, cəmiyyət və onun kiçik forması sayılan ailə modelləri, birgəyaşarlıq bilgiləri, gender məsələləri durmadan dəyişikliklərə uğrayır, dövrün – zəmanənin tələblərinə uyğun olan elmi-intellektual yanaşmalar tələb edir.

Dəyişikliklərin durmadan artdığı bir vaxtda hər zaman Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının xarici və daxili siyasətini dəstəkləyən Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli və modern ailə problemləri ilə ardıcıl məşğul olur. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESKO cə ISESCO-nun xoşməramlı səfiri olaraq da cəmiyyətimizin bütün təbəqələrinin pənah gətirdiyi dövlət xadimi, müxtəlif proqramların, layihələrin müəllifi kimi beynəlxalq aləmdə nüfuz sahibidir.

Çağdaş həyatımızın bütün sahələrinin qloballaşdığı, İnternetləşdiyi, elektronlaşdığı, virtuallaşdığı bir zəmanədə gənc nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, yad mədəniyyətlərin daşıyıcılarına çevrilməkdə olan milyonlarla soydaşımız arasında siyasi-dövlətçilik liderləri kimi qəbul olunan Əliyevlər ailəsi Azərbaycan ictimai-mənəvi dünyagörüşünün və etnik kimliyimizin əsas hissəsinə çevrilən milli ailə dəyərlərinin dirçəldilməsində xüsusi fəallığlı ilə seçilir.

Prezident İlham Əliyevlə yanaşı sədaqətli ailə başçısı kimi dünyada tanınan Birinci vitse-prezident Mehriban Əliyeva həm də birinci xanım missiyasını uğurla həyata keçirməkdədir. O, yalnız öz ailəsinin deyil, həm də Azərbaycan adlanan böyük ailəmizin lideridir!

Modern ailə formalarının modellərini işləyib hazırlayan mütəxəssislərin iştirakı ilə ictimai-mədəni, sosial-intellektual müzakirələrə başlamaqla yanaşı, Mehriban xanım Əliyeva keçmiş SSRİ-nin dağlması ilə bir formasiyadan digər yaşam tərzinə keçən cəmiyyətimiz, eləcə də Ermənistanın işğalçı siyasəti, Qərbi Azərbaycan və Dağlıq Qarabağdakı məlum münaqişələr nəticəsində doğma yurd-yuvalarından qovulan milyona yaxın insanımızın, yüz minlərlə ailənin, qadının, uşağın, xəstənin, əlilin sosial durumu ilə mütəmadi maraqlanır, insanlara yardım göstərir.

Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sonralar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, bütün dünyada qadınlarımızın, analarımızın dostu, ailə dəyərlərinin böyük təbliğatçısı etimadını qazanan Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə müstəqil ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət, bu istiqamətdə problemlərin böyük əksəriyyətinin aradan qaldırılmasına kömək edir.

Son zamanlar mənəvi-ruhi ailə dəyərlərimizə qarşı xaricdən olan hücumlar zamanı bəzən gənclərimizin məhdud bir hissəsinin "liberal” dəyərlərin – insan haqlarının, qadın azadlığının, gender bərabərliyinin qorunması kimi "dəbə mindirilən trendlər”in təsirinə düşə bildiyini nəzərə alaraq, çağdaş dünyada getdikcə zəifləyən ailə dəyərlərinin bərpası və genişlənməsi istiqamətində fərqli formatlı aksiyalar həyata keçirmək, sadalanan mənfi halları zəiflətmək qarşıya qoyulmuş əsas məqsədlərdəndir. Yaşlılara olan sayğını, gənclərə-uşaqlara yönəli sevgini artırmaqla bu istiqamətdəki gərginlikləri azaltmağı, qədim dəyərlərimizin dirçəldilməsi, daha da inkişaf etdirilməsi, o istiqamətdə ciddi addımları, innovativ təşəbbüsləri, yeni yaşam dünyagörüşlərini, modern ailə modellərini, yeni nəslin qəbul etdiyi çevik formaları dəstəklədiyinə görə Mehriban xanım Əliyeva hər zaman bizim mənəvi-ideoloji liderimiz olaraq qalacaq.

Bu gün, 26 avqust Mehriban xanım Əliyevanın anadan olan günüdür. Sevimli və dəyərli Birinci vitse-prezidentimizi ailəmiz və rəhbərlik etdiyimiz "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi və http://www.zekaishiginda.az ünvanlı saytın adından səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində böyük uğurlar arzulayırıq.

Cəmilə ÇİÇƏK

Filologiya üzrə fəlsəfə doktoru,

araşdırmaçı-jurnalisist,

Prezident təqaüdçüsü



Cəmilə ÇİÇƏK

Filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-jurnalist




SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb