MiQ-29-un və Rəşadın axtarışlarının detalları - General açıqlayır

Gündəm / 28.08.2019 11:26
Şəxsi heyətin döyüş hazırlığı həm də təlimlərlə bağlıdır. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən təlimlər hərbi qulluqçuların bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir. Eyni fikirlər Hərbi Hava Qüvvələrinə də aiddir. Pilotlarımızın döyüş hazırlığı təlim-məşq uçuşlarıyla təkmilləşir, onların peşəkarlığı artır. Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşunda Hərbi Hava Qüvvələrimizin MiQ-29 təyyarəsi qəzaya uğradı. Dənizdə axtarışlara başlanıldı. Axtarışlarda bir sıra aidiyyəti qurumlarla birgə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti də iştirak edirdi.

Keçirilən axtarış əməliyyatlarında iştirak edən xidmət rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov "Azərbaycan Ordusu" qəzetinin suallarını cavablandırıb.

zekaisiginda.az həmin müsahibəni təqdim edir:

- Cənab general, elə qəzalar var ki, onların qarşısını almaq mümkün olmur, yalnız onun necə baş verməsi araşdırılır. MiQ-29-un qəzaya uğrama səbəbləri, ancaq təyyarə tapıldıqdan sonra aydınlaşacaqdı.

- Bəli. Bu, çox ağır bir hadisə idi. Müharibəyə cəlb olunmuş bir dövlətin döyüş təyyarəsinin qəzaya uğraması, pilotun taleyi - hər iki amilə dövlət əlahiddə diqqət yetirirdi. Hadisə haqqında məlumat alan kimi ehtimal edilən əraziyə toplaşdıq. Dənizdə axtarış işlərinin öz spesifik xüsusiyyətləri var. Biz dövlət əhəmiyyətli bu mühüm tapşırığa ən bacarıqlı, yüksək hazırlığa malik dalğıcları cəlb etdik. Altı nəfər dalğıcın altısı da peşəkardır. Hər birinin beynəlxalq dərəcəli sertifikatı var və Türkiyədə Sualtı Hazırlıq Mərkəzində beynəlxalq dalğıc kursu keçib.

Əməliyyatın çətinliyi iki amillə bağlı idi. Qəza baş verən yer dəqiq məlum deyildi. Onun yerinin müəyyən edilməsində Hərbi Hava Qüvvələrinin böyük xidməti qeyd edilməlidir. Təyyarənin radardan itməsi anında onun istiqaməti, sürəti və uçuş hündürlüyü təyyarənin dənizə düşdüyü ərazini təxmin etməkdə əhəmiyyətli oldu.


- Əməliyyatın çətinliyi təkcə bununla bağlı olmayıb.

- Əlbəttə. Axtarış böyük bir ərazidə aparılırdı. Bu işə Hərbi Dəniz Qüvvələrinin və ARDNŞ-nin gəmiləri də cəlb olunmuşdu. Buna baxmayaraq, qardaş Türkiyənin köməyindən də istifadə edilməsi qərara alındı. Yeri gəlmişkən, böyük qardaşlıq köməyinə görə Türkiyədən gəlmiş HDQ-nin xilasetmə qrupunun üzvlərinə təmsil etdiyim qurum adından minnətdarlığımı bildirirəm. Hava şəraiti axtarışları normal aparmağa imkan vermirdi. Bəzən dalğanın hündürlüyü iki metrə çatırdı ki, bu da, sözün əsl mənasında, 20-23 metr dərinlikdə işləyən dalğıc üçün olduqca ciddi risk idi. Dalğıclar qrupunun dənizdə axtarışına leytenant Elmar Ağasiyev rəhbərlik edirdi. Türkiyənin axtarış qrupunun texniki vasitələrindən də istifadə edildi və qeyd edim ki, bu, əməliyyatın uğurla nəticələnməsində olduqca əhəmiyyətli oldu.

Təxmini ərazidə ilk nişanələri gəmi heyəti aşkarladı. Bundan sonra dalğıclar həmin koordinata endirildi. İlk tapılan hissələr təsdiqlədi ki, axtarış üçün ərazi düzgün müəyyənləşdirilib. Dalğıclar şübhəli, ilk baxışda əhəmiyyətsiz görünən xırda obyektləri də yoxlayırdılar. Bilirdilər ki, belə axtarışlarda əhəmiyyətsiz heç nə olmur. Əvvəlcə, dalğıclar təyyarənin kiçik bir hissəsini suyun üstünə çıxardılar. Bu, qanadın bir hissəsiydi və axtarışların uğurla davam etdirilməsində stimul oldu.

Qeyd edim ki, belə axtarışlarda dalğıc su altında orta hesabla 20-25 dəqiqə qala bilir. Bu isə təxminən 25 metr dərinlikdə axtarışı dəqiqliklə aparmağa, ərazini diqqətlə izləməyə çətinlik yaradır. Dalğıclarımız - baş leytenant Cavanşir Nəsrullayev, leytenant Elmar Ağasiyev, gizir Səid Şirəliyev, gizir Elxan İsgəndərov, gizir Cəfər Cəfərov və gizir Orxan Allahverdiyev əsl fədakarlıq göstərdilər.

- Cənab general, axtarış haqqında bir qədər geniş məlumat verməyinizi xahiş edirəm.

- Beləhavaşəraitində dalğıcların ciddi xəsarət alma ehtimalları da vardı. Yüksək peşəkarlıq, iradi keyfiyyətlər, dövlətə, dövlətçiliyə sədaqət bu ehtimalları dönməzliklə üstələdi... Suya endirilən robotlar su altında idarə olunmaqla 2 saatdan çox işləyə bilir. Robotun müəyyənləşdirdiyi obyekt haqqında məlumat aldıq. Mütəxəssislər o obyektin məhz "qara qutu" olduğunu qətiləşdirdilər. Həmin anlarda dənizdə güclü dalğa vardı. Dənizin sakitləşməsini gözləmək olmazdı. Sualtı axın "qara qutu"nu qeydə alındığı yerdən uzaqlaşdıra bilərdi. Dalğıclar qrupunun rəhbəri leytenant Elmar Ağasiyev bu mühüm tapşırığı gizir Elxan İsgəndərova həvalə etdi. Belə məqamlarda təkcə peşəkarlıq kifayət etmir. Yüksək əzmkarlıq, vətənpərvərlik də lazım gəlir. Leytenantın seçimi məni də qane etdi. Son dərəcə təhlükəli bir şəraitdə gizir Elxan İsgəndərov suya endirildi. Vaxt dayanmışdı elə bil, bizə elə gəlirdi ki, zaman ləng ötüşür. Aradan nə qədər keçdiyinin fərqinə varmağa macal tapmamış Elxanın "qara qutu"nu tapdığı məlumatını aldıq. Bu, olduqca böyük uğur idi. Yeri dəqiq bilinməyən ərazidə bu səviyyədə axtarış və bu qədər dəyərli bir tapıntı - əlbəttə ki, böyük nəticə idi.

Yeri gəlmişkən, sonra Elxandan soruşublar ki, koordinatına üzdüyün əşyanın "qara qutu" olduğunu görəndə hansı hissləri keçirdin. Dalğıc "Əmri dəqiqliklə yerinə yetirən əsgər hansı hissləri keçirərsə, həmin hissləri keçirdim. "Qara qutu"nu oradan nəyin bahasına olursa-olsun, dartıb çıxardardım", - cavabını verib.

Axtarışlar pilotun tapılması istiqamətində davam etdirildi. Əslində, belə axtarışlarda ardıcıllıq müəyyənləşdirilmir, tapılan oriyentir kimi qəbul olunur və axtarış davam etdirilir...

Polkovnik-leytenant Rəşad Atakişiyevin peşəkar, nümunəvi, vətənpərvər zabit olduğunu bilirdim. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı" devizi ilə keçirilən birgə taktiki-uçuş təlimlərində də, Azərbaycan Ordusunun yaranmasının vəBakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi paradlarda da Rəşadın uçuşlarını mən də böyük qürurla izləmişdim. Onun həlak olması hamı kimi mənim də ürəyimi göynədirdi. Ağır faciəydi, ancaq pilotumuzun nəşini tapmalıydıq, onun Vətən naminə xidməti müqabilində kiçik bir təsəlli kimi...Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapıldı...

- Cənab general, axtarışın çətinlikləri haqda məlumat verdiniz. Bunları nəzərə alsaq, dalğıcların işinə, ümumən axtarış prosesinə fədakarlıq deyə bilərikmi?

- Bəli, belə bir qəza, yeri məlum olmayan qəza, çətinhavaşəraiti nəzərə alınmalı məqamlardır və bunlar birmənalı şəkildə təsdiqləyir ki, qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışı da, nəticəsi də əsl fədakarlıqdır.

Axtarış yekunlaşandan sonra dalğıclarla görüşdə öyrəndim ki, dalğıclar əsl vətənpərvərlər kimi iştirak ediblər, yəni onların hər biri təkcə vəzifə borcunu deyil, həm də insani borcunu böyük fədakarlıqla yerinə yetiriblər. Mən bir zabit kimi onlarla fəxr edirəm. Onlar Ali Baş Komandanın əmriylə torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərə də hazırdır.

Fövqəladə Hallar NazirliyiXüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vəzifə borcunu fövqəladə məsuliyyətlə yerinə yetirdi. Bu məsuliyyət də Vətənə xidmətdir. Fövqəladə hallarFövqəladə Hallar Nazirliyinin, bu sıradan Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının ön cəbhəsidir və hər biri ön cəbhələrdə qətiyyətlə, əzmlə, dəyanətlə, ən başlıcası Vətənə sevgiylə xidmət edir...




SON XƏBƏRLƏR

2022-11-28

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

15:08 Azərbaycan QHT-lərindən Fransaya etiraz

14:14 İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu

13:45 İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib

12:31 Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb

12:25 QHT-media münasibətləri müzakirə olundu

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları