MODERN AZƏRBAYCAN AİLƏ MODELİ

Sosial layihə / 06.09.2019 18:26

Cəmilə Çiçəyin eyniadlı kitabnın müzakirəsi haqqında

"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Cəmilə Çiçəyi bir neçə ildir ki, tanıyıram. Onun həyata keçirdiyi layihələr həmişə xalqımız üçün dəyərli olan məsələləri qaldırıb və uğurla başa çatdırıb. "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi 2018-ci ilin avqust ayında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaradılıb, milli və sosial problemlərlə bağlı məsələləri uğurla həyata keçirir. Beynəlxalq Mətbuat Mərkəzində geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, sosial media təmsilçilərinin, bloqerlərin iştirak etdiyi "Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili" adlı ilk layihənin nəticələrinin təqdimat mərasimi "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin öz qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqli şəkildə gəldiyini bir daha təsdiq edir.


Tədbirdə alimlər, şairlər, yazıçılar, həmçinin Azərbaycanın bütövlüyünün qorunması uğrunda rəşadət göstərmiş Qarabağ əlilləri də iştirak edirdi. Dəyirmi masada mütəxəssislərin və ictimiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan modern ailə modelinin müxtəlif tərəfləri haqqında elmi-sosioloji müzakirələr aparıldı, ictimai dinləmələr keçirildi. Layihə çərçivəsində tərtib olunan "Modern Azərbaycan ailə modeli” elmi-kütləvi kitabının nəşri və bu kitabın müzakirəsi yaddaqalan oldu. Mənim kitabda yer alan məqaləm modern ailə modelinin folklor qaynaqları ilə bağlıdır. Azərbaycan folkloru milli ailə modelinin araşdırılması üçün zəngin mənbələrdən biridir. Əslində, şifahi xalq ədəbiyyatı nümunələrinin xeyli hissəsini ailə folkloru adlandırmaq olar. Beşik nəğmələri olan laylalardan tutmuş yas nəğmələri olan ağılara qədər bütün folklor nümunələri ailə və məişətlə bağlıdır. Bu folklor nümunələrindən ailə və onun problemləri, həmçinin məişət qayğıları qırmızı bir xətlə keçir. Bu tipli folklor nümunələri milli ailə modelinin əxlaq normaları çərçivəsində formalaşmasına gətirib çıxarır. Azərbaycan ailəsi üçün ağsaqqal sözü (oxu: məsləhəti) əsasdır. Ağsaqql sözü isə folklorun bir janrı olan ata sözlərinin qaynağıdır. Ailə məsələləri ata sözlərində daha ibrətamiz şəkildə üzə çıxır.

Azərbaycan aşıq ədəbiyyatında və dastan yaradıcılığında sevgi, ailə, məişət mövzuları aparıcı mövqedədir. Aşıq şeirinin əsasında yarın vəfasızlığı və əğyara uyma ideyası klassik ədəbiyyatdan gəlir. Aşıq şeiri isə əsasən tərənnüm üzərində qurulur və bəzən şikayət motivlərinə yer verilir.


Azərbaycan folklorunda birmənalı şəkildə söhbət monoqam ailədən gedir. Ailə adətən kiçik tərkibdə olur, istər nağıllarda, istərsə də dastanlarda hadisələr bir, iki, uzaqbaşı, üç övladla bağlı olur. Folklor nümunələrində geniş ailələrə az rast gəlinir ki, bu da islamdan öncəki ailələrin əsasən kiçik ailələrdən ibarət olduğunu təsdiq edir. Ailə modelində buta verilmə faktları geniş yer tutsa da, əsasən, böyüklərin məsləhəti nəzərə alınır. Azərbaycan folklorunda Ana obrazı ailə tərbiyəsinin özülündə dayanır. Həm kiçik janrlarda (layla, oxşama, bayatı, atalar sözü və sair), həm də irihəcmli janrlarda (dastan, nağıl, rəvayət və sair) təsvir olunan ailə modeli nümunəvi ailə modelidir. Bunu nümunələr gətirməklə təsdiq etmək mümkündür.

Nəticə olaraq deyim ki, Azərbaycan ailə modelinin folklor qaynaqları ətraflı şəkildə araşdırılmalıdır. Gətirilən nümunələr bu mövzunun ciddiliyini ortaya qoyur.

"Modern Azərbaycan ailə modeli” layihəsi çərçivəsində keçirilən tədbir, bu tədbirdə müxtəlif peşə sahiblərinin və elm adamlarının çıxışları bir daha sübut etdi ki, qaldırılan problem aktualdır. Cəmilə Çiçəyin tərtib etdiyi eyniadlı kitab və onun rəhbərliyi ilə internetdə yayımlanan www.zekaishiginda.az saytının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Elə bilirəm ki, bu tədbirdə qaldırılan məsələlər ailə problemlərinin həlli üçün mühüm bir örnək olacaqdır.

Bilal HÜSEYNOV,

ADPU Cəlilabad filialının müəllimi,

filologiya üzrə fəlsəfə doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü



SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb