Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

Gündəm / 17.10.2019 20:25

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirildi. Cənab Prezident müşavirədə ölkəmizin ötən 9 ay ərzində əldə etdiyi uğurlardan, həyata keçirilən islahatlardan danışdı, eyni zamanda, perspektiv planlar və islahatlar üzrə müvafiq tapşırıqlarını da verdi.

Dövlətimizin başçısı, həmçinin, Azərbaycanda islahatlara alternativin olmadığını da diqqətə çatdırdı və xüsusi olaraq vurğuladı ki, ölkə daxilində islahatların keçirilməsinə mane olanlar da var: "Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur”.

Cənab Prezidentin çıxışında bəzi qüvvələrin mətbuatdan "qarapiar” kampaniyalarının aparılması üçün istifadə etməsi məsələsini vurğulaması media nümayəndələrini son dərəcə narahat etməli və düşündürməlidir. Əgər bir halda ki, biz deyiriksə, mətbuat cəmiyyətimizin güzgüsüdür, o zaman mediadan siyasi maraqların təmin edilməsi üçün rupor olaraq istifadə edilməsinə imkan verməməliyik. Mətbuat istənilən halda dövlətin və xalqın milli maraqlarını müdafiə, bu istiqamətdə həyata keçirilən siyasi kursu təbliğ etməli, ictimai rəyin aldadılmasına imkan verməməlidir. Bu missiyanın həyata keçirilməsi üçün isə Azərbaycan mətbuatının bütün resursları mövcuddur. Çünki dövlət mətbuatın inkişafı istiqamətində ciddi layihələr reallaşdırıb. Təsadüfi deyildir ki, bu istiqamətdə ardıcıl olaraq islahat xarakterli səmərəli tədbirlər həyata keçirilib və ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması bu sahədə hüquqi əsasları daha da gücləndirib, media təsisatının funksionallığının artmasına səbəb olub. Məhz atılan addımların nəticəsidir ki, hazırda ölkədə 5 mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, "az” domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 25-30 mini ötüb. Azərbaycanda 10 milyonəhalinin 80 faizdən çoxu internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir.

Bütün bunlarla yanaşı, maddi-texniki baxımdan güclənən hər bir media orqanı qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərir. Bu gün qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında”, "Məlumat azadlığı haqqında” və başqa qanunlarla ölkədə media qurumlarının qanunlara müvafiq surətdə sərbəst şəkildə yaradılması və fəaliyyəti təsbit və təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev ötən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib. Bütün bu addımların əsas məqsədi isə Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, media sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirməkdir.

Amma bütün bunlarla yanaşı, görünür, mətbuatın ayrı-ayrı qrupların maraqlarına xidmət edən funksiyasını məhdudlaşdıracaq addımların atılması hələ də gündəmdədir. Adətən belə bir ifadə işlədirik ki, cəmiyyətimizdə baş verən neqativ hallarla bağlı ictimai qınaq formalaşdırılsın və ictimaiyyətin reaksiyası təmin olunsun. Lakin bir çox hallarda bir sıra məsələlər ictimai qınaqla həll olunmur. Məhz buna görə də mətbuat sektoruna nəzarət mexanizminin ciddiləşdirilməsinə ehtiyac duyulur. Bunun üçün isə düşünürəm ki, Mətbuat Şurasının funksiyaları artırılmalıdır. Açıq etiraf etmək lazımdır ki, hazırda reketçiliklə məşğul olan jurnalistlər, "qarapiar” kampaniyası təşkil edən media qurumları bir çox hallarda Mətbuat Şurasının qərarlarına qeyri-ciddi yanaşırlar. Adlarının və fəaliyyətlərinin "qara siyahı”ya salınması onlar üçün heç də gördükləri mənfi işlərə son vermələrinə kifayət etmir. Bu baxımdan hesab edirəm ki, Mətbuat Şurasının funksiyaları, mediaya nəzarət və təsirli tədbirlər görmək üçün imkanları genişləndirilməlidir.

Eyni zamanda, açıq etiraf etmək lazımdır ki, bu gün internet və sosial şəbəkələr informasiya məkanında, yumşaq formada desək, bir çox məqamlarda xaotik vəziyyət yaradır. Bu gün istənilən şəxs siyasi, yaxud maddi maraqları naminə ləkələmə və qarayaxma kampaniyası aparmaq üçün cüzi miqdarda rüsum ödəyir və beləliklə də "fəaliyyətə” başlayır. Bu cür mətbu nəşrlərin və saytların sayı kifayət qədərdir. Hər dəfə Mətbuat Şurasında keçirilən iclaslarda belə saytlarla bağlı daxil olan şikayətləri araşdırırıq. Lakin araşdırmalar heç də həmişə 100 faizlik nəticə vermir. Çünki ünvanları bəlli olmadığına görə həmin qarayaxma kampaniyasını aparan saytların sahiblərini tapmaq müşkül məsələyə çevrilir. Beləliklə, bəlli olur ki, bir media qurumu kimi onların strukturu mövcud deyil. Belə olan halda bu saytların və digər mətbu nəşrlərin fəaliyyəti nəzarətsiz qalır, nəticədə onlar istədikləri şəxs haqqında istədiklərini yazır, böhtan atır və ictimai nüfuzuna xələl gətirirlər.Bu baxımdan artıq media sektorunda effektiv islahatların aparılması zərurətiortaya çıxır.

Mətbuatla əlaqəli bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə yanaşı,bəzən diffamasiya haqqında qanununqəbul olunması məsələsi gündəmə gəlir. Gəlin görək mediamız və cəmiyyətimiz buna hazırdırmı? Mən demirəm ki, mətbuatda bir kəlmə söz yazana qarşı cinayət işi açılsın. Sadəcə elə bir hüquqi və işlək mexanizm yaradılmalıdır ki, istər çap, istərsə də onlayn mediada çıxış edən hər bir kəs məsuliyyətini dərk etsin. Jurnalist adını daşıyan hər bir media mənsubu qələminə, sözünə, xüsusilə də onun yazdığı məqaləni oxuyacaq insanlara, auditoriyaya hörmət etməlidir.

Bəli, Mətbuat Şurasına tez-tez hansısa məmurun digər məmur haqqında kompromatlar ötürməsi ilə bağlı məlumatlar daxil olur. Yaxud bir qrup reket mətbuatın hansısa məmur tərəfindən idarə edildiyi də cəmiyyətə bəlli olan reallıqdır. Bu hal Mətbuat Şurasını daim narahat edib və təmsil olunduğum qurum bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Təəssüf ki, hər dəfə də Mətbuat Şurasının İdarə Heyətinin üzvləri həmin reket media orqanlarının təhqirinə, böhtanına və onların himayədarlarının təzyiqinə məruz qalırlar. Bu məqamda belə əməlləri törədən insanların xaricdə fəaliyyət göstərən antiAzərbaycan dairələrin sifarişlərini icra etmələri ilə bağlı şübhələr gündəmə gəlir. Ona görə də hesab edirəm ki, cənab Prezidentin müşavirədə qeyd etdikləri tamamilə həqiqəti əks etdirir və bununla bağlı düşünüb qəti qərarların verilməsinin artıq zamanı çatıb.

Əgər bu gün hakimiyyət ortaya siyasi iradə qoyub ölkənin inkişafı ilə bağlı taleyüklü qərarlar verirsə, hansı haqla hansısa qüvvələrin maraqlarına zidd olan islahatlara qarşı ləkələmə kampaniyası aparılmalıdır? Yaxud da ki, niyə hansısa məmur öz vəzifə borcunu yerinə yetirmək əvəzinə cənab Prezidentin müəyyənləşdirdiyi islahatlar kursuna uyğun işini qurmuş şəxsləri gözdən salmağa çalışmalıdır? Axı, son nəticədə bütün zərbələrin dövlətə və xalqa dəydiyini anlamaq o qədərmi çətindir?

Bir halda ki, cənab Prezident İlham Əliyev "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” deyirsə, o zaman dövlətin və xalqın maraqlarının müdafiəsi, gələcək inkişaf etmiş, firavan, təhlükəsiz, şəffaf Azərbaycan naminə əsl peşəkar jurnalistlər, media qurumları dövlət başçısının yanında olmalı, respublikamızın firavanlığı naminə ortaya fəal mövqe və güclü iradə qoymalıdırlar. Çünki bu gün reallaşdırılan islahatlar perspektivdə qüdrətli Azərbaycan, daha güclü mətbuat deməkdir...

Vüqar Rəhimzadə,
"İki sahil” qəzetinin baş redaktoru,
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
Əməkdar jurnalist



SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları