“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini genişləndirir (FOTO)
Mədəniyyət / 14.01.2020 14:08

Xalçaçılığın vətəni olan Azərbaycanda bu sahəyə göstərilən qayğı öz bəhrəsini verir. Xalçaçılıq xalqımızın milli dəyəri kimi bu gün ölkəmizdə ciddi diqqət yetirilən sahələrdən birinə çevrilib. Azərbaycan xalçaçılığının inkişafı istiqamətində 2019-cu ildə də mühüm tədbirlər həyata keçirilib.
Bu barədə Trend-ə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Bildirilir ki, Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması xalçaçılıq sənətinin yaşadılmasını, ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edir. "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildə fəaliyyətini, əsasən, Dövlət Proqramında qarşıya qoyulan tapşırıqların icrası istiqamətində qurub.
Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilib. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Səhmdar Cəmiyyətin Qobustan və Qəbələ filiallarının, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub. Qobustandakı filialın və tədarük məntəqəsinin açılışında birinci xanın Mehriban Əliyeva da iştirak edib.
2019-cu ildə Səhmdar Cəmiyyətin daha bir filialı – İsmayıllı şəhərində ikinci xalça istehsalı emalatxanası fəaliyyətə başlayıb. Bu filialın fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil edilib, 100-ə yaxın toxucu kadr hazırlanıb.
2019-cu il ərzində "Azərxalça”nın 21 filialında 2 min 555 ədəd, 8 min 836 kvadratmetr xalça toxunub. Cəmiyyətin filialları arasında ən məhsuldarı Lənkəran şəhərindəki xalça istehsalı emalatxanasıdır. Belə ki, 2019-cu ildə Lənkəran filialında 900 kvadratmetr xalça istehsal olunub.
"Azərxalça”nın fəaliyyəti dövründə, ümumilikdə, 4 min 292 ədəd, 14 min 770 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri satılıb.
Xalça fabriklərinin xammalla təmin edilməsi məqsədilə görülən işlər də davam etdirilib. Sumqayıt Kimya Sənaye Parkında inşa edilən Yunəyrici-Boyaq Fabrikində tikinti işləri başa çatdırılıb. Hazırda fabrikdə Türkiyə, Almaniya, Fransa, Çin, İsveçrə və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılır. Bu müəssisədə ildə 1500 ton yun emal ediləcək. Fabrikin iplik istehsalı gücü birnövbəli iş rejimində ildə 250 tondur. Fabrikdə istehsal olunacaq iplik nəinki daxili tələbatı ödəyəcək, eyni zamanda ixrac imkanı da yaradacaqdır. Burada istehsal ediləcək təmiz yun isə xammal kimi satışa çıxarılacaqdır. Bu istiqamətdə araşdırmalar aparılıb, hansı ölkələrdə belə xammala tələbatın olduğu müəyyənləşdirilib.
Fabrikin xammalla təmin olunması məqsədilə isə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində ötən ilin may ayından yun qəbuluna başlanılıb. İndiyədək 298 ton yun tədarük olunub.
Bu il boyaq bitkilərinin də tədarükünə başlanılacaq. Ona görə də ötən il bölgələrdə əhali ilə görüşlər keçirilib, boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə əhaliyə izah edilib.
Azərbaycan xalçasının dünya bazarında öz yerini tuta bilməsi və möhkəmlənməsi üçün müvafiq tədbirlər həyata keçirilir. 2019-cu ildə "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb. Məqsəd ABŞ-da Azərbaycan xalçalarının təbliğ edilməsi, "Azərxalça”nın məhsullarının satış imkanlarının genişləndirilməsidir. Ötən ilin dekabr ayında Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.
Xalça istehsalı emalatxanalarının yaradılması istiqamətində görülən işlər 2020-ci ildə də davam etdiriləcəkdir. Prezident İlham Əliyevin 5 noyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bu il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanası tikiləcəkdir.
Bu il əsas diqqət yetiriləcək məsələlərdən biri də istehsal olunan məhsulun daha geniş səviyyədə xarici bazarlara çıxarılmasıdır. 2019-cu ildə potensial xalça alıcısı olan ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, danışıqlar aparılıb.
Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq "Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. İndi ölkəmizdə istehsal olunan xalçalar dünyanın müxtəlif ölkələrində satışa çıxarılır. Odur ki, "Azərxalça” keyfiyyətli məhsul istehsalına ciddi diqqət yetirir.
Səhmdar Cəmiyyətin fəaliyyətinin, xalça istehsalının genişləndirilməsi, kadr hazırlığı işinin təkmilləşdirilməsi, xalçaçılığın rəqabət qabiliyyətinin, ixrac potensialının artırılması istiqamətində görülən işlər uğurla davam etdirilir.
2023-03-16
20:06 TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB
19:52 Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
19:00 Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsini pisləyib
18:04 Şavkat Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
17:30 TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB
12:34 Ceyhun Bayramov: Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir
12:33 "Azərbaycandan yeni təkliflər almışıq" - Paşinyan
11:40 KİV: "Ermənistanın müdafiə naziri "Artsax Respublikası" ifadəsinin işlədilməsini qadağan edib"
11:32 Pərviz Şahbazov: “Azərbaycan qaz ixracını 13 % artırıb”
11:28 Səhiyyə nazirinin müavini: "Son on ildə Azərbaycanda uzunömürlülük artıb"
11:04 Bayram günlərində polis gücləndirilmiş iş rejimində xidmət aparacaq
10:49 Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”
09:57 Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
09:52 Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
09:11 Ekofəallar 95 gündür Xankəndi-Laçın yolunda dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar
2023-03-15
19:01 İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək
18:56 Amerikalı ekspert: "Sülh Azərbaycana xeyir gətirəcək, həm də Ermənistana fayda verəcək"
18:40 Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək
18:00 Sahibə Qafarova Zaur Askendərovla görüşdü
17:37 Türkiyə XİN: "İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”
17:16 Bu gün Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 21 avtomobil maneəsiz keçib - YENİLƏNİB
15:14 XİN: "Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir"
11:26 Məktəblərdə bayram tətilinin tarixləri açıqlanıb
10:27 DTX: "Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib"
09:35 Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam oldu
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
08:56 QHT məktəbi fəaliyyətə başlayır
08:55 Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı
08:54 Biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi - İlham Əliyev
08:53 "ABŞ PUA-sı suya çırpılıb” - Rusiya Müdafiə Nazirliyi
08:35 TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb
08:35 İbrahim Kalın Vaşinqtonda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
08:31 “Ekoloji cinayətə son” - Xankəndi-Laçın yolunda etiraz aksiyası 94 gündür davam edir
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Roza Zərgərli əməliyyat olunacaq
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
09:22 Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb

02:00 Çempionlar Liqası: "Benfika"dan qələbə, "Çelsi" "Borussiya"ya uduzub
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları