Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Gündəm / 26.02.2020 10:18

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideyinlərindən birini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak etdilər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri abidənin önünə gül dəstələri qoydular.

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsinin təcavüzkar erməni millətçilərinin yüz illiklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Çünki XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsil siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərlərində anılır. Qanlı qırğınla bağlı faktlar növbəti ildönümündə də beynəlxalq təşkilatlar qarşısında bir daha nümayiş etdirilir.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər xaricdə yayılır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur.

Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayıb. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib və onu soyqırımı kimi tanıyıb. Təşkilat üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın mübarizə əzmini qırmaq istədilər. Amma faciələrimiz bizi daha da möhkəmləndirdi. Biz bir xalq olaraq daha güclü və əzmli olduq. Biz güclü dövlət yaratdıq. O dövlət ki, bu gün dünyada söz və nüfuz sahibidir. Azərbaycan dostluq və tərəfdaşlığın nümunəsini dünyada yayan və təbliğ edən ölkələr sırasındadır. İqtisadi və siyasi gücünü durmadan artıran, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhfələr verən ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ərazi bütövlüyü çərçivəsində həllinə də nail olacaq. Bunu şərtləndirən ən böyük amillər xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir.

"Ermənilərin fikri özlərinə getməsin. Onlar bəlkə də öz tarixi vətənini unuda bilərlər. Azərbaycan xalqı heç vaxt öz tarixi vətənini unuda bilməz. Bu gün qaçqın şəhərciklərində, Bakıda, başqa yerlərdə Dağlıq Qarabağdan, işğal edilmiş bölgələrdən olan ailələrdə doğulan uşaqlar bir amalla, bir arzu ilə yaşayırlar ki, doğma torpaqlarına qayıtsınlar”, - deyən Prezident İlham Əliyevin bu fikrinin təməlində çox güclü ideya dayanır: Biz öz tarixi torpaqlarımıza qayıdacağıq! Bu, bütün əzmini, dəyanətini canilərin məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımlarının bir daha təkrarlanmamasına yönəldən Azərbaycan dövlətinin zəfər yürüşü olacaq.



SON XƏBƏRLƏR

2022-12-06

18:02 Hulusi Akar: "Bu gün təhlükəsizliyi yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür"

17:01 Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

15:00 Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

14:51 Nazir: “Türkiyənin daim can Azərbaycanın yanında olduğunu kimsə əsla unutmasın”

14:44 Hulusi Akar: “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik"

14:43 Türkiyəli nazir: "Hər cür təhdid və təhlükəyə qarşı Azərbaycanla birlikdə mübarizə aparacağıq"

12:51 Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

12:01 Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədilər

11:26 Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib

11:24 Deputat: "Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir"

10:34 Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

10:21 Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

2022-12-05

18:05 Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib

17:26 Andrey Volkov: “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq” - VİDEO

17:22 XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”

17:06 Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

16:57 Azərbaycanın Baş naziri Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

16:56 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:13 Ceyhun Bayramov: "Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər"

15:53 Prezidentdən Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına MÜRACİƏT

13:53 Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

13:29 Səhiyyə Nazirliyində Əlcəzairin ölkəmizdəki səfiri ilə görüş keçirilib

13:19 Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb

12:51 Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

12:49 Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

12:08 Azərbaycan XİN Tailandı təbrik edib

12:07 BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

12:04 Samir Şərifov: “Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib”

10:44 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir - VİDEO

10:40 Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görülüb

10:26 Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

10:21 Zəngilanda erməni vandallığı: Məzarları qazıb dağıdıblar - VİDEO

10:15 FHN əməliyyat görüntülərini yayıb - VİDEO

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları