Vüqar Rəhimzadə: Vətəndaşların sağlamlığı hər zaman möhtərəm Prezidentimizin diqqət mərkəzindədir
Gündəm / 05.03.2020 15:12

"Son illər Azərbaycanda aparılan uğurlu islahatlar ümumi inkişafa böyük töhfələr verməklə yanaşı, regionların simasını əsaslı şəkildə dəyişir, insanların sosial şəraitini daha da yaxşılaşdırır. Möhtərəm Prezidentimiz mütəmadi olaraq ayrı-ayrı rayonlara səfərlər edir, insanlarla görüşür, onların problemlərini, qayğılarını öz dillərindən eşidir və həlli ilə bağlı ciddi tapşırıqlar verir. Bununla cənab Prezident Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu nümayiş etdirir. Elə ölkəmizin başçısının regionlara hələ də davam edən son səfərləri də bunu sübut edir. Son günlər dünya gündəmini zəbt edən koronavirus təhlükəsinə, kütləvi tədbirlərin məhdudlaşdırılmasına baxmayaraq, dövlətimizin rəhbəri regionlara səfərlərini təxirə salmadı. Hətta xüsusi olaraq vurğulamaq lazımdır ki, bu səfərlər digərlərindən daha genişmiqyaslı və uzunmüddətli oldu. Möhtərəm Prezidentimiz bir neçə rayonda müxtəlif obyektlərin açılışında iştirak etdi, insanlarla görüşdü. Bütün bunlar bir daha insan amilinin Azərbaycanda dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir”.
Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, hazırda ölkəmizdə səhiyyə xidmətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır:
"Bu gün nəinki paytaxtda, ayrı-ayrı rayonlarda ən yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş müasir tipli səhiyyə ocaqları istifadəyə verilir. Məqsəd insanlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə möhtərəm Prezidentimizin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etməsi bir daha göstərdi ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu formalaşdırılır və vətəndaşların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Son 16 ildə bölgələrdə 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi davam edir. Ümumilikdə isə ötən 16 ildə ölkədə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Qeyd etdiyimiz statistik rəqəmlər dediklərimizin əyani göstəricisidir”.
"İki sahil” qəzetinin baş redaktoru əlava edib ki, hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarətdədir:
"Məlum olduğu kimi, möhtərəm Prezidentimizin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah yaradılıb, təxirəsalınmaz tədbirlərin görülməsi üçün 10 milyon manat ayrılıb. Tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanılıb, maarifləndirmə işləri davam etdirilir, kütləvi tədbirlər təxirə salınıb, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Bir sözlə, vəziyyət tam nəzarət altındadır”.
2023-09-21
18:02 “Bütün ərazimizdə suverenliyimiz təmin olunub” - Əmirbəyov
18:00 "Tələblərimizə cavab verməsələr, antiterror əməliyyatı bərpa olunacaq" - Deputat
17:48 "Hazırda Xankəndinin başı üzərindən prosesləri izləyirik" - Hərbi ekspert
17:42 "Qarabağın əsas mülkiyyət məsələsi həll olundu" -Peskov
17:20 "Bunların hamısı gözlənilən idi" - Faiq Ağayev
17:03 "Bu fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN
16:10 Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
15:52 “Prezident dünənki müraciətində növbəti dəfə xalqımızın humanistliyini dünyaya nümayiş etdirdi”
15:15 Bütün təqsirkarlar cəzalarını alacaq - Azərbaycan Prezidenti
15:12 İlham Əliyev və Putin arasında telefon danışığı oldu
15:06 Regionun sülh və təhlükəsizlik arxitekturası üçün praqmatik düstur
14:55 Hikmət Hacıyev: "Sülh gündəmini dəstəkləyirik"
13:14 Sahibə Qafarova: Razılaşmalardan geri çəkilmək və yeni bəhanələr irəli sürmək Ermənistanın davranış şəklidir
13:02 Aİ-nin müşahidəçi missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirib
12:53 Yaşar Gülər Zakir Həsənovu təbrik etdi
12:53 Nazir bütün istiqamətlərdə uğur qazanıldığını AÇIQLADI
12:40 "Ordumuzun Xankəndiyə hücum etməsi tamamilə yalandır" -Müdafiə Nazirliyi
11:44 Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ
11:39 "Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev
11:22 Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi
11:15 Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürdü
10:30 Ordumuz Ağdərənin Çərəkdar kəndində
10:00 "Erməni silahlı qüvvələri tərksilah edilir" - Hikmət Hacıyev
2023-09-20
18:02 "Bakı İrəvanla danışıqlar aparmağı planlaşdırmır" - Ceyhun Bayramov
17:52 “Sülh sazişi ilə bağlı 70% məsələ razılaşdırılıb” - Hikmət Hacıyev
17:49 “Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək” - Elçin Əmirbəyov
17:47 Qarabağın erməni sakinlərinin reinteqrasiya planı ilə bağlı RƏSMİ AÇIQLAMA
17:07 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
17:06 Ulu öndərlə olan xatirə fotosunu Prezidentə təqdim etdi
17:02 Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib: “ASALA təhlükəsi var”
16:55 "Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq" - Cevdet Yılmaz
16:36 İlham Əliyev qəbul keçirdi - YENİLƏNİB
16:23 İlham Əliyev görkəmli siyasətçi, Paşinyan isə uğursuzdur - Korotçenko
davamı>> ÇOX OXUNANLAREldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb
Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü
Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı
Roza Zərgərli əməliyyat olunacaq
İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb
“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?
İdman
11:10 "Neftçi" "Zenit"lə oynayacaq

14:10 AFFA təxribatla bağlı bəyanat yaydı
Maraqlı
17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları