Prezident İlham Əliyev: Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar

Gündəm / 05.03.2020 17:15

Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.

Trend-in məlumatına görə, bunu martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib:

"Mən sizi - birinizi Neftçala, birinizi də İsmayıllı rayonuna icra başçısı vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadımı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də mən sizin işinizdən razı olum. Buna nail olmaq üçün, sadəcə olaraq, mənim tapşırıqlarımı yerinə yetirmək lazımdır. Bu tapşırıqlar da çox sadədir - vətəndaşlarla bir yerdə olmaq, daim xalq arasında olmaq, xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək. Əgər siz bu tapşırıqlarımı layiqincə yerinə yetirsəniz, həm dövlət sizin işinizdən razı olacaq, həm də vətəndaşlar.

İsmayıllı və Neftçala rayonlarının sosial-iqtisadi inkişafı üçün bir çox layihələr icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmışdır. Hazırda dördüncü proqram icra olunmaqdadır və əminəm ki, 2023-cü ilə qədər rayonların infrastruktur və sosial problemləri tamamilə öz həllini tapacaq. Həm qazlaşdırma, həm elektrik enerjisinin təchizatı, həm də kənd yollarının çəkilişi, içməli su layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və bir çox layihələr icra edilib. Bildiyiniz kimi, bu layihələr mərkəzi icra orqanları tərəfindən dövlət investisiya proqramı çərçivəsində icra edilir. Eyni zamanda, sosial obyektlərin tikintisi, təmiri də mərkəzi icra orqanları tərəfindən həyata keçirilən layihələrdir.

Sizin isə işiniz əsasən rayonda mövcud olan potensialı səfərbər edib, həm iqtisadi artımı təmin etmək, iş yerlərinin yaradılması ilə bağlı əməli addımlar atmaq və rəhbərlik edəcəyiniz rayonlara sərmayənin gətirilməsinə nail olmaqdır. Həm xarici investorları, həm də yerli investorları cəlb etmək üçün hər bir rayonun başçısı fəal işləməlidir. Bu tapşırıqları mən əvvəllər də vermişəm. Bəzi rayonlarda bu sahədə yaxşı nəticələr var, bəzi rayonlarda investisiya qoyuluşu zəifdir. Bunun obyektiv səbəbləri də ola bilər. Rayonların potensialı eyni deyil, amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər. Sadəcə olaraq, yerli icra orqanlarının rəhbərləri oturub bu investisiyaları gözləməməlidirlər. Özləri fəal olmalıdırlar, özləri investorları tapmalıdırlar, onları inandırmalıdırlar və cəlb etməlidirlər. Bəzi hallarda bəzi rayonlarda investor vəsait qoymaq istəyir, amma əfsuslar olsun ki, onun qarşısında süni əngəllər törədilir. Yaxud da ki, yerli icra orqanları ona qarşı əsassız və qanunsuz tələblər irəli sürürlər. Ona görə bu hallara qarşı çox ciddi mübarizə aparılmalıdır. Rayonlarda həm ictimai-siyasi ab-hava sağlam olmalıdır, ictimai münasibətlər sağlam zəmində qurulmalıdır və həm də xalqı narahat edən problemlər həll edilməlidir. O problemləri ki, müəyyən səbəblərə görə siz özünüz həll edə bilmirsiniz, gərək mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq nazirliklərə təkliflər verəsiniz və fəal olasınız".



SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları