İbrahim Məmmədov: İşləmək icazəsi olan şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcəklər

Gündəm / 03.04.2020 21:53

İşləmək üçün icazəsi olan şəxslər aptek, bank və ya ərzaq dükanına gedərkən icazə almaq üçün SMS göndərməyəcəklər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov "Real” TV-nin efirində deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin aprelin 2-də verdiyi 124 saylı qərarın 1 saylı əlavəsi əsasında işləyənlərin açıq obyektlərə girmək üçün icazə almasına ehtiyac yoxdur:

"Onlar bu gün normal şəkildə çalışırlar. Ona görə də SMS-lə icazə alıb hərəkəti gerçəkləşdirməyə ehtiyac yoxdur".

İ.Məmmədov əlavə edib ki, işləmək icazəsi olan şəxslər öz avtomobillərindən sərbəst şəkildə istifadə edə biləcəklər:

"Belə şəxslərjn avtomobil üçün əlavə icazə almasına ehtiyac yoxdur. Amma bu halda o, sərnişin daşıya bilməz. Eyni zamanda, avtomobilində kimsə varsa, onun da icazəsi olmalıdır"

124 saylı qərarın 1 saylı əlavəsi əsasında çalışan dövlət qurumlarının siyahısını bir daha diqqətinizə çatdırırıq:

1. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti

2. "Azəriqaz” İstehsalat Birliyi

3. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

4. "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

5. "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

8. "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

9. "Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

10. "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

11. "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

13. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

14. "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

19. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

20. Dövlət Dəniz Agentliyi

21. Dövlət Mülki Aviasiya Agentliyi

22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

25. Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

26. "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

27. "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

28. "AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

29. "Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

30. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

31. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyininMəlumat Hesablama Mərkəzi

32. "Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

33. "Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

34. "AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

35. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

36. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

37. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

38. Yanacaqdoldurma məntəqələri

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.



SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları