Azərbaycan Prezidenti: Əgər maskaların satışında süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq

Gündəm / 06.04.2020 18:00

Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi ilə tanışlıqdan sonra Azərbaycan xalqına müraciətində deyib.

Prezident İlham Əliyev vurğulayıb:

"Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək".



SON XƏBƏRLƏR

2022-11-28

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

15:08 Azərbaycan QHT-lərindən Fransaya etiraz

14:14 İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu

13:45 İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib

12:31 Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb

12:25 QHT-media münasibətləri müzakirə olundu

12:24 NATO Ukrayna ordusunun uğurlarının səbəbini açıqlayıb

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları