Azərbaycan Prokurorluğu xüsusi mükafata layiq görüldü

Gündəm / 17.09.2018 17:42
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilən müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının prokurorluq orqanları bu gün bir sıra nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən 177 ölkəni bir araya gətirən Beynəlxalq Prokurorlar Assosiasiyasın (BPA) işində fəal iştirak edir.
Cari il sentyabrın 7-dən 14-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BPA-nın İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. "Prokurorların müstəqilliyi - cəmiyyətdə ədalət mühakiməsinin təməlidir” mövzusunda keçirilmiş konfransda 90 ölkədən 450-dən artıq şəxsin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak etmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycanın nümayəndə heyəti tədbirdə fəal və səmərəli iştirak etmişdir. Belə ki, Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun sessiyasında rəhbərlik edən K.Əliyev çıxışında Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlət başçısı cənabİlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd etmiş, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verərək ölkəmizin anti-korrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın Assosiasiyanın fəaliyyətinə əhəmiyyətli töhfələr verməklə xüsusi fəallıq göstərmiş, Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin gələcək inkişaf perspektivləri, mühüm və mürəkkəb məsələlərin həllində üzv ölkələrin rolu ilə bağlı konkret təkliflər irəli sürmüş və müzakirələr nəticəsində həmin təkliflər qəbul edilmişdir. İclasdaABŞ, Yeni Zelandiya, Uqanda, Mavriki və digər ölkələrinin nümayəndələri çıxış edərək beynəlxalq əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd etmişdirlər.


Sentyabrın 12-də konfransın Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə bir sıra mövzularla yanaşı, təşkilati məsələlərə də baxılmış və 2010-cu ildən etibarən BPA-nın İcrayyə Komitəsinin üzvü vəzifəsini daşıyan K.Əliyev qurumun vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilmişdir. Həmçinin, ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr, habelə cari ilin 9-10 aprel tarixlərindəBakışəhərində keçirilmiş İcraiyyə Komitəsinin 45-ci iclasının uğurla təşkil olunduğu nəzərə alınmaqla Azərbaycan Prokurorluğu xüsusi mükafatla - Assosiasiyasının Fəxri Sertifikat ilə təltif edilmişdir. Həmin mükafatın rəsmi təqdimetmə mərasimdə çıxış edən nümayəndə heyətinin rəhbəri ölkəmizin BPA ilə daim uğurlu əməkdaşlıq etdiyini bildirərək Azərbaycan Respublikasının Baş prokuroruZakir Qaralovun bu münasibətlərə xüsusi önəm verdiyini, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun uzun illər BPA-nın ali idarə orqanı olan İcrayyə Komitəsində təmsil olunduğunu və hazırda AssosiasiyanınSenatoru və fəxri üzvü olduğunu vurğulayaraq mükafata görə Azərbaycanın hökuməti və Baş prokurorun adından minnətdarlığını bildirmişdir.

BPA-nın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) 10 ilik yubileyi ilə bağlı təqdimatla çıxış edən BöyükBritaniyanın nümayəndəsi xanım Ester Jeorj Şəbəkə son 10 il ərzində aparılmış işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda 10-11 oktyabr 2017-ci il tarixlərdə Azərbaycanın hökumətinin dəstəyi iləBakışəhərində Azərbaycan Respublikası Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçininAvropaİttifaqı vəAvropaŞurasının birgə təşkilatçılığı ilə keçirilmiş "Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” Şəbəkənin uğurlu layihəsi kimi qiymətləndirmişdir.

BPA-nın növbəti İllik Konfransının 2019-cu ilin sentyabrında Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilməsi qərara alınmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Müvəqqəti işlər vəkili cənab Azad Nağıyev iştirak etmişdir.



SON XƏBƏRLƏR

2022-11-28

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

10:49 DTX: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır"

09:40 Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb

09:29 Vüsal Qasımlı: “Bank sektorunda likvidlik normanı 2 dəfə üstələyir”

08:34 MN: "Ermənistan hərbi qulluqçusunun yaralanması barədə məlumat yalandır"

2022-11-23

18:02 Milli Məclis ASEAN PA-ya müşahidəçi üzv qəbul olunub

17:43 Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla danışıb

16:55 Prezident İlham Əliyev serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

16:45 İlham Əliyev: "Özünümüdafiə haqqı bütün dövlətlərə, o cümlədən Azərbaycana şamil edilməlidir"

16:41 NATO nümayəndələri Azərbaycan Ordusunun döyüş texnikası ilə tanış olublar

16:05 Prezident: "Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir"

16:00 “Vərdişlərinin əsiri olma, sağlam ol” layihəsi davam edir

15:46 Türkiyə XİN başçısı: "İkinci Qarabağ müharibəsindən sonra baş verənlər bəzi münaqişələrin “dondurulduğu"nu göstərdi"

15:08 Azərbaycan QHT-lərindən Fransaya etiraz

14:14 İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu

13:45 İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib

12:31 Ağdamda 30 il əvvəl öldürülərək basdırıldığı ehtimal olunan insan sümükləri aşkarlanıb

12:25 QHT-media münasibətləri müzakirə olundu

12:24 NATO Ukrayna ordusunun uğurlarının səbəbini açıqlayıb

12:18 Türkiyə ordusunun antiterror əməliyyatı davam edir, 254 terrorçu məhv edilib

10:42 AMEA-da Böyük Qayıdışla bağlı komissiya yaradılıb

10:39 Rövşən Rzayev Tilmann Nagellə görüşdü

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları