“İrəli”nin “SAY:Cümhuriyyət” layihəsi başa çatıb

Gündəm / 17.09.2018 17:52

Gənclər və İdman Nazirliyinin dəstəyi(GİN), "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan "Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsi başa çatıb.

SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Layihənin məqsədi Azərbaycanda könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların fəal iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdır.

6 gün davam edən düşərgədə açıq hava şəraitində qurulan çadırlarda qalan gənclər "Komanda quruculuğu”, "Cümhuriyyət tarixi” kimi təlim və seminarlarda iştirak edib, sağlam həyat tərzinin təbliği olaraq voleybol, ipdartma, maneəli qaçış kimi idman oyunları, komandalar arasında müxtəlif intellektual yarışlar keçirilib. Layihə iştirakçıları "Nə? Harda? Nə zaman?", "Xəmsə", "Vətəni tanı" oyunlarında öz intellektual biliklərini sınayıblar. Komandalar arasında simulyasiya keçirilib. Simulyasiyanın mövzusu "Paris sülh konfransı" olub. Komandalar müxtəlif dövlətləri təmsil edib və müzakirələr aparıblar.

"İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirakçılar ilə görüş keçirib. Hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini, Azərbaycanda könüllülük hərəkatının gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən olduğunu vurğulayıb.

"SAY:Cümhuriyyət” layihəsinin sonuncu günündə bağlanış tədbiri baş tutub. Layihənin son günü layihə iştirakçıları, komanda rəhbərləri, təşkilatçılar layihə haqqında öz fikirlərini bildiriblər. Sonda xatirə şəkili çəkildikdən sonra iştirakçılar "Hirkan" Milli parkını ziyarət ediblər.

"İrəli" İctimai Birliyi "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında "SAY:Könüllülük Akademiyası", "SAY: Green", "SAY: Multikulturalizm", "SAY: Volunteering Festival", "SAY: Solidarity”, "SAY: All Star” kimi böyük layihələri Quba, Gəncə, İsmayıllı, Oğuz, Balakən şəhər və rayonlarında həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb. Adıçəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub. Eyni zamanda, beynəlxalq və yerli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək və Azərbaycanda könüllülük fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılması əsas hədəflərdir.

Layihə çərçivəsində gender bərabərliyi qorunmaqla 18-25 yaşlı gənclər (40 oğlan və 40 qız) Lənkəran şəhərində düşərgə şəraitində müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə, peşəkar təlimçilərin iştirakı ilə seminarlarda, tanınmış şəxslərlə görüşlərdə iştirak ediblər.

"SAY:Cümhuriyyət" layihəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərancamına əsasən, eyni zamanda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan"Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının" 5.7.5. maddəsində Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi" bəndinə uyğun olaraq həyata keçirilib.




SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları