Zaqatalada regional müşavirə keçirilib

Gündəm / 17.09.2018 18:06

Sentyabr ayının 17-də Zaqatala rayonunda ET Əkinçilik İnstitutunun Bölgə Təcrübə Stansiyasında "Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması”na həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər.

Modern.azxəbər verir ki, müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, müasir toxumtəmizləmə qurguları ilə toxumların təmizlənməsi, dərmanlanması qablaşdırılması prosesi ilə əyani tanış olmaq, fermerlərlə fikir mübadiləsi aparmaq və fermerlərin sertifikatlı toxumlara marağının stumullaşdırılmasından ibarətdir.

Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. İ.Cümşüdov daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyilduğunu diqqətə çatdırıb.

Eyni zamanda Respublikada 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini və toxumun keyfiyyəti ilə bağlı analizlərin bu mərkəzlərin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aprıldığını bildirərək fermerlərin bu laboratoriyaların potensial imkanlarından istifadə etmələrini məqsədəuyğun hesab edib.

İ.Cümşüdov Zaqatala və Qobustan BTS-da istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə yanaşı Toxum Fondu tərəfindən Respublikanın 5 bölgəsində iri toxumtəmizləmə zavodlarının tikilib fermerlərin istifadəsinə veriləcəyini bildirib. Eyni zamanda toxumçuluğun inkişafının sürətləndirilməsi məqsədi ilə "Toxumçuluq haqqında Dövlət Proqramı”nın hazırlandığını qeyd edib.

Müşavirədə Əkinçilik ET İnstitutunun direktor müavini Atif Zamanov orijinal, super elit və elit toxumların istehsalı, Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov yeni məhsuldar sortların ilkin toxumçuluğunun təşkili və BSQTN DX-nin şöbə müdiri Qərib Novruzlu toxumçuluq təsərrüfatlarının standarta uyğun reproduksiyalı toxum istehsalı mövzularında çıxışlar etmiş və bu sahənin inkişafı ilə bağlı öz təkliflərini veriblər.

Müşavirədə iştirak edən fermerlər bu sahədə qarşılaşdıqları problemlər barədə söhbət açmış, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb və onların həll olunması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Sonda müasir toxumtəmizləmə qurğusunda toxumun təmizlənməsi, dərmanlanması, qablaşdırılması və etiketlənməsi prosesi ilə əyani tanış olunub və bu tip innovativ texnologiyaların tətbiq olunmasının əhəmiyyəti fermerlərin nəzərinə çatdırılıb.




SON XƏBƏRLƏR

2022-12-06

18:02 Hulusi Akar: "Bu gün təhlükəsizliyi yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür"

17:01 Azərbaycan və İndoneziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

15:00 Zakir Həsənov və Hulusi Akar Astara, Cəbrayıl və İmişlidə təlimdə icra olunan tapşırıqları izləyiblər

14:51 Nazir: “Türkiyənin daim can Azərbaycanın yanında olduğunu kimsə əsla unutmasın”

14:44 Hulusi Akar: “Dostumuzu birlikdə dost görür, düşmənimizi birlikdə düşmən bilirik"

14:43 Türkiyəli nazir: "Hər cür təhdid və təhlükəyə qarşı Azərbaycanla birlikdə mübarizə aparacağıq"

12:51 Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltaraşlıq əsəri Azərbaycan Prezidentinə təqdim edilib

12:01 Zakir Həsənov və Hulusi Akar hərbi təlimi izlədilər

11:26 Prezident İlham Əliyev Dağıstanın rəhbərini qəbul edib

11:24 Deputat: "Dərman qıtlığı və xəstələrin düşdüyü vəziyyət təcili tədbirlərin görülməsini labüd edir"

10:34 Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

10:21 Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir

2022-12-05

18:05 Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib

17:26 Andrey Volkov: “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq” - VİDEO

17:22 XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”

17:06 Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

16:57 Azərbaycanın Baş naziri Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

16:56 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:13 Ceyhun Bayramov: "Sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu ilin sonuna qədər baş tuta bilər"

15:53 Prezidentdən Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına MÜRACİƏT

13:53 Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"

13:29 Səhiyyə Nazirliyində Əlcəzairin ölkəmizdəki səfiri ilə görüş keçirilib

13:19 Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb

12:51 Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

12:49 Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

12:08 Azərbaycan XİN Tailandı təbrik edib

12:07 BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

12:04 Samir Şərifov: “Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilib”

10:44 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi keçirilir - VİDEO

10:40 Elçin Əfəndiyev Türkiyənin “Necip Fazıl” mükafatına layiq görülüb

10:26 Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

10:21 Zəngilanda erməni vandallığı: Məzarları qazıb dağıdıblar - VİDEO

10:15 FHN əməliyyat görüntülərini yayıb - VİDEO

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları