Kəlbəcərli dost itkisinin Moskvadan gələn sorağı

Gündəm / 30.04.2020 15:19

Bu gün Moskvadan Nəsib Nəbioğlu zəng etdi. Xeyli danışdıq.

Nəsib müəllim karantindən, fövqəlada vəziyyətdən, bu gün bəşəriyyəti bürümüş pandemiyadan, insaların çətin durumda qaldığından, Moskvada da vəziyyətin ürək açan olmadığından danışdı:

- Bu gün insanlar evdə oturub, üzdə biruzə verməsələr də daxilən çox narahatdırlar. Qlobal problemə çevrilən koronavirus pandemiyası ilə bütün dünya ölkələri ciddi mübarizə aparır. Moskvda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Aprelin 28-də Rusiyanın prezidenti əhaliyə müraciət elədi və karantin müddətini may ayının 11 kimi artırdı. Koronavirus hamımızın həyatına daxil olub. Bu gün insanlar vəziyyəti real başa düşürlər və onların düşüncəsində müxtəlif fikirlər, narahatlıqlar tuğyan edir. Bu virusun bütün dünyada törətdiyi və törətməkdə olduğu problemləri, minləlrlə insanın həyatına son qoyduğunu hamımız bilirik. 2-3 ay öncə belə bir hadisə ilə qarşılaşacağımızı ağlımıza belə gətirə bilməzdik. Bu gün dünyanın heç bir ölkəsi özünü sosial-iqtisadi böhranlardan, hər hansı xəstəliyin yayılmasından sığortalanmış hesab edə bilməz. Beləliklə, bu gün yaşadığımız dünyanın reallığı ondan ibarətdir ki, istənilən ölkədə ya yeni mikrocanlıların törətdiyi təhlükəli xəstəliklər baş verə, yoluxmadan epidemiyaya, ondan da pandemiyaya keçə bilər.

Nəsib müəllim sözünə davam elədi:

- Cəmilə xanım, sənə zəng etməkdə məqsədim başqadır. Dünən mənə köhnə dostlarımdan biri, Moskvada fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Ədəbi Məclisin rəhbəri Fizuli Fərəcov zəng eləmişdi. Bu günlərdə o "Zəka İşığında” saytınızda sənin "Tanrı heç kimə belə tale yazmasın” yazını oxuyandan sonra mənə zəng elədiyini dedi. Fizuli mənə qulaq asmadan danışırdı: Hələ Sovet dönəmində Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi, ölkənin sabahı naminə peşəkar kadr olması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almalarına şərait yaradıldı. Hər şeydən öncə milli kadrlar hazırlanmasına böyük önəm verirdi. Ulu öndərin təşəbbüsü ilə Moskvanın, Leninqradın, Kiyevin və ölkənin digər şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa hər il Azərbaycandan çox sayda gənclər göndərilirdi. Moskvaya gələn o tələbələrin biri də mən olmuşam. Moskvada Aviasiya İnstitutunun təyyarəqurma fakültəsini bitirmişəm. Bizim institutda Kəlbəcərdən Çingiz adında bir nəfər oxuyurdu. Mənim Çingiz Hacıyevlə şəxsi tanışlığım elə həmin illərdə Moskvada oxuduğumuz illərdən başlayıb. O zaman Çingizlə bu tanışlığımız sonralar dostluğa çevrildi. Mənim elə bir xasiyyətim var ki, dostluqda hər zaman möhkəm olmuşam. Təkcə Çingizə qarşı deyil, bütün dostlarıma qarşı bu cür münasibətdəyəm. Mənim üçün dost kəlməsi hər şeydən üstündür. Hər adama mən dost deməmişəm. Dostluqda hər çətinliklərə dözən adamam.



Nəsib müəllim, onu da deyim ki, bu ailə mənim Kəlbəcərdən tanıdığım ilk və çox hörmətli ailə olub. O vaxt mən Çingizin dosta, qohum-əqrəbaya qarşı çox ciddi mehriban olduğunu görürdüm. Onun vasitəsiylə bütün ailəni tanıyırdım. Mən onda olan dostluq keyfiyyətini, mərdliyi görmüşəm. Bəziləri nəyinsə xətrinə bir-birləri ilə dostluq edirlər. Çingizlə dostluğumuz təmənnasızdır. Dəfələrlə onların Bakıdakı evlərində olmuşam. Elə tanışlığımızın ilk günlərindən ondakı səmimilik, alicənablıq, ən əsası dağ camaatına xas olan düzlüyü məni heyran etmişdi. İllər ötdükcə bu tanışlığımız dərinləşib, dostluğa çevrildi. O, etibarlı dost,yaxşı alim, gözəl ailə başçısı, vətənpərvər və qürurlu bir şəxsiyyət olduğunu bilirəm. Onun yüksək mənəvi keyfiyyətləri, savadı, peşəkarlığı bir-birini tamamlayırdı. Atası Məhəmməd həkim el-obanın tanınmış, sayılıb-seçilən ziyalılarından, ağsaqqallarından olub. İndi Çingiz Türkiyədə yaşayır, amma əlaqələrimiz kəsilib deyə, əlaqə saxlaya bilmirəm. Cəmilə Çiçəyin yazısında Çingizin qardaşı Qalibin dünyasını dəyişməsi xəbərini eşitdim və çox pis oldum. Yollar bağlı, əlimdən bir şey gəlmir.

- Nəsib müəllim, xahiş edirəm mənim və ailəmiz adından Hacıyevlərin dərdinə səmimi qəlbdən şərik olduğumu və onlarla bərabər kədərləndiyimi bildirəsiniz. Hacıyevlər ailəsinin üzvlərinə Qabilin həyatdan vaxtsız getməsinə təəssüfləndiyimi, kədərləndiyimi bildirəsiniz. Sizdən başqa Moskvada tanıyacağım bir kəlbəcərli yoxdur! Görüm bu koronavirusu zəhrimara qalsın!

Cəmilə, Fizuli Fərəcovun və mənim adımdan Hacıyevlərin aliləsinə başsağlığı verməyinizi xahiş edirəm!

Cəmilə ÇİÇƏK



SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları