Prezidentə minnətdarlıq: İnanırıq ki, bu çətinliklər arxada qalacaq və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq

Gündəm / 30.04.2020 18:09
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır, bunu dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər.

Ölkəmizin bütün bölgələrindən vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

qhtxeber.az Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edir:
Finlandiyadakı Azərbaycan icması adından dövlətimizin başçısına minnətdarlıq edən Vasif Muradlı və Arzu Oqtay yazırlar: "Möhtərəm cənab Prezident, biz Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları - Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Finlandiya Azərbaycan Gənclər Birliyi Təşkilatı Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması üçün verdiyiniz mühüm qərarları, xaricdə yaşayan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə göstəriş vermənizi yüksək qiymətləndirərək minnətdarlığımızı bildiririk. Sizin harada yaşamağımızdan asılı olmayaraq ölkə vətəndaşlarına verdiyiniz yüksək dəyər bizim Sizə olan inamımızı daha da möhkəmləndirir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda COVID-19 virusuna yoluxma və bu virusdan ölüm halları digər ölkələrdən dəfələrlə az müşahidə olunması Sizin müdrik qərarlarınız, yürütdüyünüz siyasət və görülən qabaqlayıcı tədbirlər sayəsində oldu. Cənab Prezident, çox sevindirici haldır ki, dünyada yaşayan bütün soydaşlarımız Sizin "Biz birlikdə güclüyük!” çağırışınız ətrafında sıx birləşdi. Əminik ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi sayəsində dövlətimiz bu bəladan ən az itki ilə tez bir zamanda çıxacaq. Bu nəcib işlərinizə görə Finlandiyadakı Azərbaycan icması adından Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.
Azərbaycan Prezidentinə məktub ünvanlayanlar arasında əcnəbi vətəndaşlar da var. Çinin Quancou Universitetinin tələbələri Yanjie Qiao, Ren Zhi, Yanping Zhong, Xin Vang, Huan Zhang, Meng Vang, Yilian Gao, Caiyan Vu və Vei Qi yazırlar: "Hörmətli cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım, Sizi Çində yaşayan və Sizin pərəstişkarınız olan tələbələrin adından salamlayırıq. Biz Çinin Quancou Universitetinin tələbələriyik. Bu gün Sizə məktub yazmaq imkanından şərəf hissi duyur və özümüzü xoşbəxt sayırıq. Bu fürsətdən istifadə edərək Sizə və ailənizə hər şeyin ən yaxşısını arzulayırıq. Sizi nailiyyətlərinizə görə təbrik edir və sülhsevər səyləriniz üçün Zati-alinizə təşəkkür edirik. Biz Sizi çox sevir və dəstəkləyirik. Hər zaman da dəstəkləyəcəyik. İnanırıq ki, böyük əməksevərliyiniz və müdrikliyiniz gələcəkdə xalqınıza daha xoşbəxt və daha parlaq həyat yaşadacaq. Sizə böyük işlərinizdə uğurlar arzulayırıq. Həyata keçirdiyiniz böyük işləri görmək üçün gələcəkdə Bakıya gəlməyi də planlaşdırırıq. Əgər Sizi gələcəkdə doğma şəhərimizdə görmək səadəti bizə nəsib olsa, qonaqpərvərliyimizlə yanaşı, Sizə olan böyük hörmətimizi də məmnuniyyətlə nümayiş etdirərik. Dünyada koronavirusun yayıldığı bir vaxtda Sizə, ailənizə və xalqınıza təhlükəsiz, sağlam həyat diləyirik”.

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Adil Ramazanov: "Möhtərəm cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, yüksək intellektual səviyyəniz və qabaqcadan düşünülmüş ağıllı, müdrik siyasətiniz sayəsində bu günlərdə baş verən dəhşətli pandemiyadan Azərbaycan xalqı ən az itkilərlə çıxmaq ərəfəsindədir. Bu səbəbdən Sizə ailəmiz və qohumlarımız adından təşəkkürümüzü bildiririk. Sizə Allahdan cansağlığı arzu edirik. Allah Sizi qorusun!”.

Bakı şəhərinin Binəqədi rayonunun sakini Şəfa Qasımzadə: "Möhtərəm Prezidentimiz, mən 83 saylı məktəb-liseyin 7 ”d” sinif şagirdiyəm. Sizə öz adımdan və ailə üzvlərimizin adından xoş sözlərimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, koronavirusla mübarizə dövründə öz xalqınızın, birinci növbədə, biz uşaqların sağlamlığını və gələcəyini hər şeydən üstün tutursunuz. Bizə təhsildə geriləməməyimiz üçün şərait yaratdınız. Evdə qalsaq da təhsildən qalmadıq. Mən bütün yaşıdlarımın adından və öz adımdan Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm”.

Neftçala rayonunun Xəzər kəndindən Zərnişan Hüseynova: "Möhtərəm Prezidentimiz, bütün dünya təhlükəli virusa qarşı mübarizə aparır. Ölkələr tədbirlər görərək vətəndaşlarını xilas etməyə çalışır. Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində bizim vətəndaşlarımız bu bəlanı yüngül itkilərlə keçirdi. Sizin və əziz Mehriban xanımın xalqa müraciəti qəlbimi riqqətə gətirdi. Müraciətinizdə bir daha xalqımızı necə sevdiyinizi, qeydinə qaldığınızı, onu bu bəladan qurtarmaq üçün necə çalışdığınızı göstərdiniz. Sizin səmərəli fəaliyyətiniz nəticəsində, vaxtında qəbul olunan qərarlar sayəsində biz çətin günləri arxada qoyduq. Qısa zamanda səhiyyə, iqtisadiyyat, sosial sahədə görülən işləri təqdir edirik. Mən on iki uşaq anasıyam. Nəvələrim, nəticələrim var. Karantin rejimində onları görməmək mənə çətin olsa da, qaydalara riayət edib evdə qalıram. Bilirəm ki, Sizin sayənizdə bu çətin günlər tezliklə keçəcək. Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. İnşallah, rəhbərliyinizlə bu təhlükə də sovuşacaq, xalqımız firavan günlərə dönəcək. Mən də, ailəm də hər zaman Sizi dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik”.

Gəncə şəhər sakinləri adından Nəsrəddin Seyfullayev, Hüseyn Alıyev, Ceyran Məcidova, Fatma Məmmədova və Rəfiqə Quliyeva yazırlar: "Möhtərəm cənab Prezident, bildirmək istəyirik ki, yaşadığımız Gəncə şəhəri Hacıbəyov və Arani küçələrində binaların dam örtükləri Sizin tapşırığınıza əsasən dəyişdirilərək yenilənib. Binaların təmirində keyfiyyətli tikinti materiallarından istifadə olundu. Hazırda sanki yeni tikilmiş binalarda yaşayırıq. Sizin Gəncə şəhərinə göstərdiyiniz daimi diqqət və qayğının nəticəsində şəhərimiz gündən-günə gözəlləşir. Bu səbəbdən bina sakinləri adından Sizə təşəkkür edir və cansağlığı arzu edirik”.

Ağdam rayonunun Qiyaslı kəndindən İsmayıl Qaçaylı: "Hörmətli cənab Prezident, hazırda dünya və ölkəmiz ağır sınaqdan keçir. Koronavirus pandemiyası hər gün dünyada yüzlərlə insanın həyatına son qoyur. Bu infeksiya bir müddətdir ki, Azərbaycanda da ən aktual mövzuya çevrilib. Sizin rəhbərliyinizlə hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri həyata keçirilir. Biz ölkə vətəndaşları olaraq yaxşı dərk edirik ki, bu virusla mübarizədə hər birimiz maksimum ehtiyatlı və məsuliyyətli olmalı, verilən tapşırıq və tövsiyələrə əməl etməliyik. Bu infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısını almaq istiqamətindəki bütün təşəbbüslərinizi dəstəkləyirik. Sizin də dediyiniz kimi, "Biz birlikdə güclüyük!”.

Sumqayıt şəhərinin sakini Müslüm Abbasov: "Çox hörmətli cənab Prezident, Siz həmişə Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşaması üçün əlinizdən gələni əsirgəməmisiniz. Köməyə, dəstəyə ehtiyacı olan hər kəsin yanında olmaq Sizə xas olan xüsusiyyətdir. COVID-19 pandemiyasının qarşısını almaq məqsədilə gördüyünüz qabaqlayıcı işlər öz nəticəsini yüksək səviyyədə göstərir. Atanız ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqını böyük bir bəladan xilas etdiyi kimi, Sizin də ölkəmizi bu sınaqdan az itki ilə, uğurla qurtaracağınıza inanırıq. Sizə dərin minnətdarlığımızı bildirir və cansağlığı arzu edirik”.

Sumqayıt şəhərinin Corat qəsəbəsindən Nargilə Mədinova: "Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının doğurduğu bu çətin günlərdə şəhid ailələrinə və imkansız ailələrə göstərdiyiniz diqqətə, verilən sosial yardımlara, göndərilən ərzaq sovqatlarına görə bütün Corat qəsəbəsinin qadınları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Uca Allah hər zaman Sizinlə olsun!”.

Zaqatala rayonunun sakini Şakir Cabbarov: "Hörmətli cənab Prezident, koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi, virusdan zərər çəkmiş sahələrdə çalışan işçilərin əməkhaqqının ödənilməsi, əhalinin sosial cəhətdən həssas təbəqələrinə yardım edilməsi, eləcə də iqtisadiyyatın qorunması üçün verdiyiniz tapşırıqlar ölkəmizin bu bəladan ən az itkilərlə çıxması ilə nəticələnməkdədir. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsinin işçi heyəti olaraq indiki bu ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və onun qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk”.

Ağdaş rayonunun sakini Günay Əhmədova: "Möhtərəm cənab Prezident, dünyanı bürüyən COVID-19 pandemiyası dövründə ölkəmizdə qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, iqtisadiyyatın təhlükəli riskdən qorunması yolunda həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, insanların təhlükəsiz yaşayışı, əhalinin işlə təmin edilməsi, sağlamlığının qorunması üçün göstərdiyiniz hərtərəfli qayğı gözlərimiz qarşısında baş verib. Əziz Prezidentim, Sizin bu ağır zamanda - pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə diqqətçəkəndir. Bu yaxınlarda işsizliyə görə mən də 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Sözün düzü, bu, mənə xeyli kömək etdi, çətinliyimi qismən aradan qaldırdı. Ölkəmizdə məlum səbəbdən işləyə bilməyən on minlərlə insana göstərdiyiniz qayğıya görə şəxsən öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. İnanıram ki, bu çətinliklər arxada qalacaq, ölkəmizin başı üzərini alan bu "qara buludlar” tezliklə çəkiləcək və Sizin rəhbərliyinizlə xalqımız daha gözəl günlər yaşayacaq”.


SON XƏBƏRLƏR

2022-11-29

18:47 Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır - SİYAHI

16:34 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi

16:27 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

13:16 Prezident Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

13:14 İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib - YENİLƏNİB

11:10 Azərbaycan elminə AĞIR İTKİ

11:04 Erməni silahlıları Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi atəşə tutub

10:52 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

10:10 Pentaqonda Azərbaycan və ABŞ arasında mühüm danışıqlar

2022-11-28

18:10 Türkiyə Suriya ilə sərhədə qoşun yığıb, quru əməliyyatlarına hazırlaşır

17:44 On üç erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

16:45 Mövlud Çavuşoğlu: “Türkiyə Misirə səfir təyin edə bilər”

16:44 Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

16:09 Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib

15:28 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

15:27 “Gender Bərabərliyi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb

14:35 AMEA prezidenti: “İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır”

14:21 “Ailə, cəmiyyət və biz ...!” maarifləndirmə layihəsinin son təlimi keçirildi

13:05 Yeni Azərbaycan Partiyası möhkəm siyasi ideologiya əsasında yaradılıb

12:06 İlham Əliyev ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib

12:05 Nazir: "Cəbrayıl rayonunda mobil şəhərcik tikilib"

11:58 FHN-dən kəskin hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

11:46 Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlandı

11:07 İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

10:53 Azərbaycan Ordusunun əsgəri vəfat edib

10:45 Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

10:11 Naxçıvanın maliyyə naziri DTX tərəfindən HƏBS EDİLDİ

09:10 MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-24

18:20 QHT Agentliyinin dəstəyi ilə yaradılan www.azerbaijan2030.com saytının təqdimatı keçirildi

17:40 “Vərdişlərinin əsiri olma, sağlam ol” tədbiri keçirildi

12:04 Hakim: “Sənin barəndə ən obyektiv qərarı verəcəyəm” - İlkin Süleymanovun məhkəməsi

11:53 Azərbaycanın Quru Qoşunları təlimlərə başlayıb

10:56 DTX rəisinin birinci müavini: "İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir"

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

Roza Zərgərli əməliyyat olunacaq

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

16:54 UEFA “Qarabağ”a yarım milyon avro ödəniş etdi

Product image

10:42 Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Maraqlı Product image

17:00 Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları