Milli ailə dəyərlərinin problemləri

Sosial layihə / 30.05.2018 15:29


Ağsaqqallıq və ağbirçəklik institutunun, milli ailə də­yərlərinin məqsədi, məramı və məzmunu bütövlükdə aydın olsa da, bu problemin əhatə dairəsi, miqyası, çalarları və tərifi, xalqımızın milli kimlik məsələsində yeri-rolu hələlik tədqiqatçılar, etnoqraflar, alimlər, sosioloqlar tərəfin­dən ye­tərincə araşdırılmamışdır.

Xalqımız vətənə hədsiz məhəbbəti, torpağa bağlılığı, el-obaya sonsuz sevgisi, ağsaqqala, ağbirçəyə dərin hörmə­ti, ailəyə sədaqəti, qayğısı, ibrətamizliyi ilə tanınır, sayılır, seçilir. Heç şübhəsiz, bu həmişəyaşar, yüksək bəşəri key­fiy­yətlər arasında ailə dəyərləri – ağsaqqallıq, ağbirçəklik institutu böyük maraq doğurur, müstəsna məna və məzmun kəsb edir. Ağsaqqallıq və ağbirçəkliyin cəmiyyətdə oyna­dığı rol, tutduğu mövqe və bütün bunların öyrənilməsi, təd­qiqi, son zamanlar getdikcə zəifləmə səbəbləri tədqiqat­çıların mühüm tədqiqat obyektlərindən biri olmaqla yanaşı, həm də mənəvi mədəniyyətimizin ayrılmaz tərkib hissə­sidir. Onlar təlim-tərbiyə örnəyi, gör-götür abidəsi, şərəf, ləyaqət və hikmət mənbəyi sayıla bilər.

Tarixən dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqallar həmişə mizan-tərəzini saxlayar, hökmlü, hünərli olduğu qədər də məsləhətli, mərhəmətli, rəhmli olardılar, bir əlində qılınc, bir əlində qalxan tutar, bir əllərində od, bir əlllərində su olardı. Də­yərli əsərlərdən də öyrənmişik ki, elin ağsaqqalı səliqə-sahmanlı olar, ağır oturar, ağır durar, davranışı, duruşu, ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqət­liliyi, fikrinin aydınlığı, dərin düşüncəsi ilə seçilərdi. Yaşına görə deyil, başına görə ağsaqqal, ağbirçək sayılan şəxslər hazırcavab, az danışan, inamlı danışan, hikmət söyləyən, sözübütöv, əməlisaleh, zəhmətsevər, işgüzar, işbilən, gözü-könlü tox, tamahsız, təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı yığnaqlı, qeylü-qallı, məclislərdə, mərasimlərdə başda oturan, məclis yaraşığı olardı. Onlar elin yolgöstərəni, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, qoruyucusu, inkişaf etdirəni kimi milli-mənəvi dəyərlər sistemimizdə kultlaşıblar.

Ağsaqqallıq, eləcə də ağbirçəklik son dərəcə çətin, mürəkkəb, məsuliyyətli bir vəzifə, böyük zəhmət, min bir əziyyət, məhrumiyyətlər bahasına başa gələn ictimai missiya, məişət-sosial vəzifə sayılır. Ağsaqqalara, yaşlılara, dünyagörmüşlərə, çətinliklərə sinə gərmişlərə sınaqdan çıxmış insanlar arasında daha çox rast gəlinir. Belə ixti­yarların həyat təcrübəsi zəngindir, onlar öz əməlləri, uzaq­görənlikləri ilə sayılıb-seçilirlər. Bu şərəfli vəzifə əsasən başdan-binadan, nəsildən, əsildən-kökdən gəlir. Hər ixtiyar yaşında olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi. Ağsaqqallığın çox­çalarlı keyfiyyətlərini özündə birləşdirən cavan və ya orta yaşlılar arasından da ağsaqqal hesab edilən şəxslər çıxa bilər.

Tarixçilərin və etnoqrafçı tədqiqatçıların da vurğu­la­dığı kimi, insan oğlu, bəşər övladı dünyaya gəldiyi gündən üstündə yaşadığı torpağın qədrini bilmiş, vətənini sevmiş, valideynlərinə, ağbirçək və ağsaqqallarına pənah gətirmiş, arxalanmış, güvənmişdir. Müxtəlif tarixi dövrlərdə – ibtidai icma dövründə, qəbilə dövründə, feodalizm və sosializm, eləcə də kapitalizm formasiyalarında toplumun inam bəslədiyi, dəyər vediyi, hörmət göstərdiyi, bəzi hallarda isə qorxduğu, çəkindiyi ağbirçəkliyin, ağsaqqallığın tarixi insanlığın tarixi, cəmiyyətin yaranması ilə bir dövrə təsadüf edərək zaman-zaman inkişaf etmiş, tarixi mərhələlərdən keçmişdir. Azərbaycanda bu tarixin yaşı iki milyon ilə qədərdir.

Bəşəriyyətin ilkin çağlarından – insanlığın ilk vaxtla­rından ağsaqqallar və ağbirçəklər kiçik insan dəstələrinə, kollektivlərə başçılıq etmiş, onların qayğıları ilə yaxından məşğul olmuşlar. Ağsaqqallar, bəzi vaxtlarda isə ağbir­çək­lər (məsələn, amazon qadınlarda, yaxud Nizami Gəncəvinin əsərlərində, "Min bir gecə” nağıllarında, dastanlarda gös­tərilən qadın başçılar, xanımlardan ibarət icmalar və s.) bütün hallarda başçılıq, rəhbərlik missiyasını ləyaqətlə yerinə yetirmiş, birliyi, bütövlüyü təmin etmişlər.

Elin başçısı kimi, ölkə ağsaqqalı daha çətin, daha məsuliyyətli vəzifədir. Ağsaqqal həm də nəsil və ya dövlət başçısı, daha müdrik, təcrübəli, siyasətçi və uzaqgörən, səlahiyyətli, geniş təsir dairəsinə malik, yenilməz hökmlü, cəsarətli, inamlı, güclü əqidəli insan olmalıdır.

Tarixi düşüncəmizdə bu hikmət dünyasında Dədə Qorqud ağsaqqalların ağsaqqalı, müdriklərin müdriki, ucaların ucası kimi özünəməxsüs yerə – mövqeyə malikdir. Dədə Qorqud elə havadar olan, arxa duran, el üçün yanan, el üçün canından keçməyə hazır olan ər – ərən kimi təqdim edilir. Hər şeyin bilicisi, çətinliklərdən baş çıxaran uzaq­görəndir: loğman, münəccim Dədə Qorqud öz xeyir-duası ilə oğuzlara məsləhət verən, tədbir görən, onları döyüşə səfərbər edən, zəfərə səsləyən, qələbəyə ruhlandıran ilham­çı, xilaskar qəhrəmandır.

Söz yox ki, yalnız Dədə Qorqud deyil, dastan – folklor düşüncəmizdə, tariximizdə Zərdüşt Peyğəmbər, Cavanşir, Babək, Şah İsmayıl Xətai, Koroğlu da elin ağ­saqqalı, insanların – cəmiyyətin inandığı mənəvi ata və­zifəsində görsənir. Mənəvi mədəniyyət son əsrlərdə sivi­lizasiyanın, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq etnik mənsubiyyətin əsas göstəricisi kimi çıxış etməkdədir.

XX-XXI əsrlər mədəniyyətlərin mübarizəsi əsri kimi özünü göstərdiyinə görə, Azərbaycan xalqının mənəvi mədəniyyətinin öyrənilməsi və təbliği, eyni zamanda gə­ləcək nəslə çatdırılması qarşıya əsas məqsəd kimi qo­yulmalıdır. Son 30 ildə isə Ermənistanın işğalçı siyasəti nəticəsində Qərbi Azərbaycan, Qarabağ və ona bitişik ərazilərdəki tarixi torpaqlarımızın, doğma bölgələrimizin bir çox qeyri-maddi və maddi sərvətləri talana uğramış, dəyərlərimiz aşınmaya məruz qalmış, qaçqın və məcburi köçkün soydaşlarımız doğma diyarlarından qovulub çıxa­rılmış, bütün bunların sonucunda ailə dəyərlərimiz – ağ­saqqallıq və ağbirçəklik institutumuz zəifləmiş, deforma­siyaya məruz qalmışdır.

Müasir cəmiyyətdə qədim ağsaqqal və ağbirçəklik dəyərlərinə söykənən milli ailə institutunun mövcud vəziy­yətinin araşdırılması və bu ictimai-sivil yaşam fəlsəfəsi vasitəsilə daşınan mənəvi dəyərlərin aktivləşdirilməsi yollarını öyrənmək cəmiyyətimiz qarşısında çox vacib bir məsələ kimi durur.


Cəmilə Çiçək İsbəndiyarova,
AYB və AJB-nın üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb