Milli ailə: ictimai-sosial problemi necə müəyyən etməli?

Sosial layihə / 10.06.2018 09:31


Azərbaycan cəmiyyətini, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşımızı düşündürən əsas problem­lərdən biri də tarixən formalaşmış milli ailə dəyərlərinin, formalarının durmadan yad təsirlərə məruz qalması, aşın­malara tuş gəlməsidir. Günümüzdə ictimai-məişət münasi­bətlərinin, çoxuşaqlı ailə modellərinin, qohumluq-qonşuluq konsepsiyasının get-gedə zəifləməsi cəmiyyətimizin əsas ağrılı problemlərindən birinə çevrilib. XXI əsrdə açıq dünyada – sərhədsiz planetdə yaşadığımızdan milli-mənəvi dəyərlər sanki arxa plana keçir. Qərbdən ixrac olunan "ailə planlaşması” pərdəsi altında çoxuşaqlılığa, qohumcanlılığa vurulan mənəvi zərbələr ictimai-sosial münasibətlərin tənzimləyicisi, Azərbaycan ailə dəyərlərinin, nəsil psixo­logiyasının əsası kimi çıxış edən ağsaqqallıq-ağbirçəklilk institutunun, tarixi yaşam fəlsəfəsinin get-gedə deformasi­ya­sına aparıb çıxarır.

Lakin xalqımız hər zaman öz böyüklərinə, yaşlı insanlara hörmət göstərib, qadına – anaya, bacıya, xala-bibiyə, gəlinə, qaynanaya dəyər verib, bir sözlə, yol bö­yüyündür deyiblər. Cəmiyyətimizdə yaşlı insanların həyat təcrübəsini bu dəyər konsepti çərçivəsində araşdırmağa xüsusi ehtiyac vardır.

Araşdırmaçıların da qeyd etdiyi kimi, XXI əsrdə geniş vüsət tapan qloballaşma və ultra-müasirlik insan cəmiy­yətində bir sıra ənənəvi dəyərləri passivləşdirir, onların sıradan çıxmasına səbəb olur. Azərbaycan cəmiyyəti də müasir dünyanın bir parçasıdır, Qərb və Şərq mədəniy­yətlərinin ən dəyərli cəhətlərini özündə birləşdirir. Dün­yayla mədəni inteqrasiyamızın güclənməsi, informasiya texnologiyalarının sürətli inkişafı planetdə yaşayan xalqları bütövləşməyə və vahid dəyərlər sisteminə doğru aparır. Belə bir şəraitdə ənənəvi mədəniyyətin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması üçün səylərin səfərbər edilməsi daha aktualdır. Ona görə də ilk növbədə cə­miyyətdə mövcud olan dəyərlərin günümüzdəki vəziyyəti öyrənilməlidir.

Məsələn, məlum münaqişə nəticəsində Qarabağ böl­gəsi qlobal faktorlarla yanaşı, həm də məcburi köçkünlük problemi ilə qarşılaşıb. Bir sıra dəyərlər insanlar toplum halda yaşadıqları yerindən-yurdundan ayrılanda, sosial-mədəni mühitləri dağılanda zədələnmələrə məruz qalır. Bu baxımdan, xüsusilə ailə dəyərləri daha böyük təsirlərə məruz qalan Qarabağ köçkünlərinin simasında ictimaiyyə­timizin içərisində böyüklərin, yaşlı insanların yerini və rolunu müəyyənləşdirmək, yaşlı və gənc nəsil arasında mənəvi mühiti mövcud şəraitdə öyrənmək ehtiyacı yaranır. Müasir cəmiyyətdə milli ailə dəyərləri və formalarının mövcud vəziyyətinin araşdırılması və ağsaqqallıq-ağbir­çəklik institutu vasitəsilə nəsildən-nəslə, əsrdən-əsrə daşı­nan mənəvi dəyərlərin aktivləşdirilməsi yollarını tapmaq məsələsi daha önəmli görünməkdədir.

Əlbəttə, Azərbaycan cəmiyyətinin ən qədim dövr­lərdən başlayaraq günümüzə qədər əldə etdiyi mənəvi dəyərlər içərisində ailə – ağsaqqallıq-ağbirçəklik institutu­nun önəmli yeri vardır. Bu institut cəmiyyətdə kiçiklərlə böyüklərin yerini, rolunu və əhəmiyyətini özündə ehtiva edir. Kiçiklərə qayğı, qadınlara sayğı, böyüklərə hörmət, onlara göstərilən ehtiram bu institutun müasir dövrdə də mövcud olan mənəvi dəyər seqmentlərinin əsaslarındandır.

Tarixi kökləri etibarilə ibtidai mədəniyyət dövrünün soy başçısından başlanan bu fenomenin ata kultundan, baba inancından, dədə dəyərindən keçdiyi müşahidə olunur. Başqa sözlə, ailə dəyərləri müasir dövrə kultdan, inancdan ayrılmış və etik kateqoriya şəklinə düşmüş bir vəziyyətdə gəlib çatmışdır. Ayrı-ayrı bölgələrimizdə mövcud olan "baba ocaqları”, "dədə pirləri” hazırda müqəddəs məkanlar kimi ziyarət olunur. Cəmiyyətimiz mənəvi dəyər daşı­yıcıları olan mübarək şəxsiyyətləri həmişə uca tutmuş, onlara xüsusi mövqe qazandırmışdır. Bu ictimai münasibət stereotip davranış şəklinə düşmüş və cəmiyyəti içəridən, mərkəzdən mənəvi enerji ilə təmin edən əsas qaynaq halına gəlmişdir.

Bütün dövrlərdə olduğu kimi, müasir cəmiyyət də özünün mənəvi dəyər daşıyıcıları ilə zənginləşir. Bu zən­ginliyi öyrənmək, qorumaq və gələcək nəsillərə çatdırmaq üçün cəmiyyətdə mövcud ailə institutunun hazırkı vəziyyəti müxtəlif sosial qruplar üzrə araşdırılmalıdır. Təəssüflər olsun ki, hazırda da milli ailə dəyərləri sistemimizdə – ağsaqqallıq-ağbirçəklik institutunda zəifləmə müşahidə olunmaqdadır.

Gənclərin böyüklərə, övladların valideynlərə münasi­bətində ağsaqqallıq institutunun mövcud vəziyyəti aydın görünür. Ağsaqqalın, ağbirçəyin ailədə, camaat arasında və cəmiyyətin daha geniş dairələrindəki mövqeyinin öyrə­nilməsi ilə ictimaiyyətimizi zənginləşdirən mənəvi resurs­ları aktivləşdirmək və populyarlaşdırmaq mümkündür. Bunun üçün müxtəlif sosial qruplar arasında araşdırma aparılmalı və mövcud vəziyyət təhlil edilməlidir. Bir ailənin, bir nəslin, bir elin ağsaqqalı aid olduğu sosial çərçivədəki mənəvi mühit kontekstində götürülməli və ictimai-mənəvi baxımdan öyrənilməlidir.

Humanitar fəlakət zonalarında mənəvi dəyərlərin zədələnməsinə yol açan neqativ təmayüllü sosial-psixoloji proseslər də diqqətlə təhlil olunmalı və ümumiləşdirilərək elmi-sosioloji nəticələr çıxarılmalıdır. Bu baxımdan mədəni institutun mövcud vəziyyətinin Qarabağ köçkünləri arasında öyrənilməsi xüsusilə əhəmiyyətlidir. Ənənəvi mədəni və mənəvi dəyərlərə bağlı olan Qarabağ bölgəsinin sakinləri arasında həm keçmişdə, həm də indi ağsaqqal statusunu qazanmış, cəmiyyətdə ciddi nüfuza və təsir dairəsinə malik çoxsaylı şəxslərin olduğu məlumdur. Cəmiyyətdə söz və nüfuz sahibi olan belə şəxsiyyətləri aşkarlamaq, onların həyat təcrübəsini və fəaliyyətlərini öyrənmək, yaşlı adamların yaddaşında keçmişdə yaşamış nüfuzlu ağsaqqalların, müdrik qocaların, namuslu ağbir­çəklərin ictimaiyyətdəki rolu haqqında məlumatları ge­nişləndirmək çox vacibdir.

Ailə dəyərlərimizin mühum tərkib hissəsi kimi götür­düyümüz ağsaqqallıq-ağbirçəklik institutunun müəyyən tarixi mühitlə əlaqəsi problemləri də diqqətdə saxlanılma­lıdır. Heç kəsə sirr deyil ki, Qarabağ köçkünlərinin coğrafi baxımdan bağlı olduğu Qarabağ bölgəsində yaşanan hu­manitar fəlakət mədəni institutlara, ailə dəyərlərinə və ictimai-sosial, mədəni-mənəvi dünyagörüşə təsirsiz ötmə­mişdir. O baxımdan, humanitar fəlakət şəraitində ailə dəyərlərinə – ağsaqqallıq və ağbirçəklik institutuna dəyən ictimai-mədəni zədələrin öyrənilməsi aktual problemlər sırasındadır. Xüsusilə şəxsiyyət və onun aid olduğu doğma mühit, el-oba, qohum-əqrəba, camaat kimi sosial-mədəni aspektlər ailə institutunun strukturunu və funksiyasını öyrənmək, onun zədələnmiş elementlərini bərpa etmək, qorumaq və gələcəyə çatdırmaq yollarını müəyyənləşdir­mək baxımından son dərəcə vacibdir. Həm bu gün yaşayan ağsaqqal və ağbirçəklərin ictimai fəaliyyətini öyrənmək, həm də keçmişdən gələn tarixi-mədəni təcrübəni təhlil edərək milli ailə institutunun mövcud vəziyyətini, prob­lemlərini və perspektivlərini müəyyənləşdirmək ailə mər­kəzlərinin əsas prioritet sahələrindən olmalıdır.

Araşdırmalar zamanı milli ailə dəyərləri sisteminin əsas istiqamətini təşkil edən ağsaqqallıq-ağbirçəklik insti­tutu ilə yanaşı, yaşlı insanların problemlərinin, əsas qay­ğılarının öyrənilməsi də diqqət mərkəzində saxlanılmalıdır. Mənəvi dəyər daşıyıcıları olan insanların qorunması, onların gənclərlə ünsiyyətinin artırılması, vətənpərvərlik düşüncəsinin möhkəmləndirilməsi ağsaqqalların-ağbir­­çəklərin yaşadaraq günümüzə daşıdıqları milli ailə-yaşam formatlarının rolunun aktivləşdirilməsi, ağsaqqalların cə­miy­yətin bütün sferalarına inteqrasiya olunma imkanlarının araşdırılması istiqaməti də nəzərdən qaçırılmamalıdır.

Cəmilə Çiçək İsbəndiyarova,

AYB və AJB-nın üzvü,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb