Milli ailə dəyərləri sistemi: tarixən və bugünümüzdə

Sosial layihə / 20.06.2018 18:32


Son vaxtlar yazılı, həm də elektron KİV-də, TV-lərdə, radio kanallarında, xüsusən internet resurslarında – sayt və portallarda, onlayn-oflayn telekanallarda, videopaylaşım platformalarında, müxtəlif sosial şəbəkələrdə, mobil əlaqə vasitələrində milli-mənəvi dəyərlərimiz, ailə baxışlarımız, ağsaqqallıq-ağbirçəklik institutunun tarixi-etnik qayda-qanunları ya bilərəkdən, ya da məlumatsızlıqdan tez-tez pozulur. Sanki insanlarımız fərqinə varmadan, yad mədə­niyyətlərə məxsus ailə dəyərlərini götürərək cəmiyyətimizə sırımaq istəyirlər. İnternet və elektron resurslardan davamlı olaraq istifadə edən yeni nəsil nümayəndələrinin gərəksiz­cəsinə yadelli elementlərdən, adət-ənənələrdən, düşüncə və yaşam tərzindən gen-bol istifadə etməsi milli-mənəvi, et­nik-tarixi ailə dəyərlərimizin əsas qolu sayılan ağsaqqallıq-ağbirçəklik institutumuzun genişlənməsini əngəlləyir, onun öz daxili inkişafına mane olur, uşaq, yeniyetmə və gənc­lərin əcnəbi mənəviyyatına marağını artırır.

Bütün bunların qarşısını almaq üçün ağsaqqallıq-ağbirçəklik institutunun, dünyagörüşünün, bir sözlə, milli ailə dəyərlərimizin, bu dəyərlərin fəlsəfəsinin öyrənilməsi, bu institutun bərpası, beynəlxalq aləmdə planetar etik dəyər və norma kimi təbliği, aktivləşdirilməsi, populyarlaşdırıl­ması yollarının araşdırılmasına xüsusilə son zamanlar böyük ehtiyac vardır.

Vaxtilə xaricdən gətirilən, dövrümüzdə isə əsasən də internet, yeni media, sosial şəbəkələr və KİV vasitəsilə həyatımıza yeridilən basqıların qarşısını almaq xeyli çə­tindir. Bu istiqamətdə araşdırmalarımızı cəmiyyətə təqdim etməklə milli ailə dəyər sistemimizin, ağsaqqallıq-ağbir­çəklik institutunun, fəlsəfəsinin zəifləməsinin qarşısını al­maq, ailələrdəki münaqişələrin, boşanmaların, nəsillərarası mənəvi-psixoloji toqquşmaların qarşısını, qismən də olsa, almaq üçün ictimai-virtual aksiyaların həyata keçirilməsi dəstəklənməlidir. Eyni zamanda, bu istiqamətdə güclü maarifçilik işləri aparılmalı, sadalanan problemin həllinə yönəli bir çox məsələlər vaxtında ictimailəşdirilməlidir.

Bu məqsədləri həyata keçirmək üçün aşağıdakı məsələlərə xüsusi diqqət ayırmağı təklif edirik:

– Milli ailə dəyərləri dəqiqləşdirilməli, universal, bəşəri, yaxud etnik-milli hadisə olaraq tədqiqata cəlb edilməlidir;

– Tarixən, elə indinin özündə cəmiyyətimizin müx­təlif sferalarında nüfuzu olan ağsaqqal-ağbirçək insanları aşkarlamaq və onların həyat bilgilərini, yaşam fəaliyyətini öyrənməklə ailə dəyərlər sisteminin ümumi formatı göz­dən keçirilməlidir;

– Yaşlı adamların yaddaşından keçmişdə tanınan ağsaqqal-ağbirçək şəxslər haqqında məlumat toplamaqla ailə dəyərlərinə sadiqliyin mahiyyəti yeni nəslin nüma­yəndələrinə ötürülməlidir;

– Ailə institutunun şifahi və əski yazılı qaynaqlar əsasında ənənəvi mədəniyyətdəki yeri və rolu aydınlaş­dırılmalıdır;

– Çağdaş Azərbaycanın tarixən oturuşmuş milli, eləcə də formalaşmaqda olan modern ailə institutunun mövcud vəziyyəti təhlil olunmaqla əsas böyük problemlər müəyyənləşdirilməlidir;

– Ailə dəyərlər sisteminin əsas elementlərindən olan ağsaqqallıq-ağbirçəklik institutunun, dünyagörüşünün, fəlsəfəsinin, problemlərinin öyrənilməsi, onların bərpası, beynəlxalq aləmdə planetar etik norma kimi təbliği, ak­tiv­ləşdirilməsi və populyarlaşdırılması yolları öyrənilməlidir;

– İnternet və sosial şəbəkələrdə, klassik, həm də yeni mediada, mətbuatda, KİV-də, TV-lərdə milli Azərbaycan ailə dəyərlərinin, eləcə də ağsaqqallıq-ağbirçəklik institu­tunun tanıdılması, təbliği və yayımı təşkil edilməlidir;

– Ailə dəyərlərinin ən yaxşı cəhətləri, ağsaqqallıq-ağbirçəklik institutu haqqında əldə edilmiş elmi-kütləvi qənaətlərin yeni media və klassik KİV-də ardıcıl olaraq tanıtımı, yayımı həyata keçirilməlidir;

– Ağsaqqalların, ağbirçəklərin və gənclərin bir yerdə olduğu dəyirmi masa və tanıtım məclislərini təşkil etməklə problemin ictimai-sosial müzakirəsi həyata keçirilməli və perspektivləri müəyyənləşdirilməlidir...

Əsas hədəf isə bu istiqamətdə həyata keçirilən la­yihələrdə, dövlət proqramlarında yeni nəsil nümayəndələ­rinin fəal iştirakını təmin etməkdir. İnternet və qlobal elektron resurslarda, TV-lərdə, sosial şəbəkələrdə milli ailə dəyərlərimizin təbliğində gənclərin rolunun artmasına nail olmaq, o yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, sözügedən mövzuda həyata keçirilən rəsmi dövlət proqramlarının, tədbirlərin geniş ictimaiyyət tərə­findən tanıdılmasına və dəstəklənməsinə böyük ehtiyac var.

Ailə mərkəzlərinin mütəxəssislərini, ailəşünasları, ağsaqqalları, ağbirçəkləri, münaqişəşünasları, cəmiyyətşü­nas­ları, kulturoloqları, ailə psixoloqlarını, sosioloqları, yeniyetmələri, gəncləri, tələbələri, jurnalistləri, yazıçıları, publisistləri, tərcüməçiləri, yazılı və elektron KİV nüma­yən­dələrini, bloqerləri, eləcə də xaricdə yaşayan soydaş­larımızı, həmçinin internet – sosial media, qlobal şəbəkə istifadəçilərini bu problem ətrafında geniş ictimai-mədəni müzakirələrə cəlb etmək mümkündür. Çünki problem Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edəcək.

Bu araşdırmamıza ailə dəyərləri, ağsaqqallıq-ağbir­çəklik institutu haqqında daha geniş təsəvvürləri, sosial təcrübələri olan yaşlı insanların, həm də onlar vasitəsilə öz mədəni davranışlarını daha da zənginləşdirməyə ehtiyacı olan gənclərin faydalanması üçün müəyyən mülahizələ­rimizi sistemləşdirməyə çalışdıq. Bütövlükdə araşdırmamız yaşlı nəslin malik olduğu mənəvi dəyərlərin gənc nəslə tam və mükəmməl şəkildə ötürülməsinə yardımçı olacağını nəzərdə tutduğumuz üçün geniş əhatə dairəsinə malikdir və ümummilli xarakterlidir: istərdik ki, bu tədqiqatlarımızdan Azərbaycan cəmiyyəti faydalansın.

Cəmilə Çiçək İsbəndiyarova,
AYB və AJB-nın üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü




SON XƏBƏRLƏR

2021-09-16

18:00 Ərdoğan: “Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik”

17:42 Ceyhun Bayramov Fransanın nümayəndə heyəti ilə görüşüb

16:59 Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

16:42 Ermənistanın təhlükəsizlik xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün bağlayıb

16:20 Rəfael Cəbrayılovun məhkəməsi təxirə salındı - SƏBƏB

15:59 “TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

15:57 Məhkəmə Ramiz Göyüşovdan rüşvət alan jurnalisti ev dustaqlığına buraxmayıb

15:52 Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

15:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

15:35 Azərbaycanda 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

14:51 Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

14:25 Azərbaycanla Serbiya arasında sosial müdafiə sahəsində sənəd təsdiqlənib

14:06 Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

13:58 Vaksinasiya nə qədər çox olsa, o qədər müsbət nəticə əldə edərik - Hande Harmancı

13:57 Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

13:41 Hikmət Hacıyevlə İran səfiri arasında bu həftə ikinci görüş olub

13:26 Anar Yusub: “Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb” - MÜSAHİBƏ

13:15 Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağan ediləcək - XİN

11:15 Məktəblərdə dərslərin hansı qaydada təşkil ediləcəyi açıqlanıb

10:07 Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

2021-09-15

18:00 İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir - Vüqar Rəhimzadə

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

17:49 Azərbaycan polisi Xankəndiyə qanunsuz yük daşıyan iranlı sürücüləri saxladı

17:42 Daha 11 ictimai iaşə müəssisəsində pozuntu aşkarlanıb - SİYAHI

17:24 Dünya çempionu Bakıda heroinlə həbs edildi

17:23 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı təbrik mesajı yayıb

17:18 Hava şəraiti kəskin dəyişir - XƏBƏRDARLIQ

16:34 Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidentini təbrik edib

15:51 Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Memorandum Milli Məclisin müzakirəsinə tövsiyə edilib

15:39 Türkiyə Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik ünvanlayıb

15:25 Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib

15:24 Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib - SƏRƏNCAM

14:07 Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

17:53 Qurban Qurbanov: “Yorğunluğu əsas gətirə bilmərik”

Product image

10:03 İdmanda növbəti nailiyyətləri əldə edə bilərik - Fərid Qayıbov

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb