Firdovsi Umudov: Pandemiyadan sonra idmançılarımız yenidən qızıl medalları ölkəmizə gətirəcək

İdman / 07.07.2020 13:42

Son aylar dünyanın baş ağrısına çevrilmiş koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib. Amma ümidverici məqam odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli dəstəyi və qərarları sayəsində ölkəmizdə preventiv tədbirlər görüldü.

Trend-in məlumatına görə, bunu fikirlər Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov deyib.

F.Umudov qeyd edib ki, ölkə başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanda pandemiya geniş vüsət ala bilməyib:

"Pandemiyanın təsir göstərə biləcəyi sahələr ciddi nəzarətə götürüldü. Məhz onun nəticəsidir ki, bu gün ölkəmizdə pandemiya geniş vüsət ala bilmədi. Ali Baş Komandan və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva dəfələrlə xalqımıza müraciət etdilər, nümunələr göstərdilər. Cənab Prezidentin göstərişlərinə əsasən ölkəmizdə modul tipli xəstəxanalar istifadəyə verildi. Sərt karantin rejimi tətbiq olundu. Bu müddət ərzində insanlara zəruri maddi və mənəvi yardımlar göstərildi. Heç kimə sirr deyil ki, bütün bunlar məhz xalqın sağlamlığının qorunması üçündür. Çünki əhalinin sağlamlığının qorunması prioritet məsələdir. Bundan başqa, Prezidentimiz və Birinci vitse-prezidentimiz qapalı məkanlarda maska taxaraq insanlara örnək, nümunə oldular. İnsanlar üçün bir etalona çevrildilər. Əhaliyə maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etməklə bağlı mühüm çağırışlar etdilər, tövsiyələr verdilər. İnsanlar üçün yeni bir həyat kredosunun cığırını açdılar. Yeni yaşam tərzinin qaydalarını izah etdilər. Sözsüz ki, bütün bu tövsiyə və çağırışlar öz müsbət effektini verdi, verir və verməkdədir.

Doğrudur, dünyanı cənginə alan bu gözəgörünməz düşmənlə mübarizə zamanı bəzi yarıtmaz qüvvələr sosial platforma üzərindən cəmiyyətdə ajiotaj yaradan dezinformasiyalar tirajlayıb, cəmiyyəti təşvişə salmaq istəyirdilər. Lakin bu baş tutmadı. Ona görə ki, ölkə başçısı və Birinci vitse-prezidentin daim xalqın yanında olması, daim xalqın səsinə səs verməsi, daim xalqa dəstək ifadə etməsi bütün bu təhdidlərin qarşısını aldı. Artıq insanlar üzərlərində ölkə rəhbərliyinin dəstəyini, qətiyyətini, polad iradəsini gördülər.

Xalq öz Liderinə inandı, güvəndi və etimad göstərdi. Axı "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” ifadəsi təsadüf seçilmiş epizodik bir ifadə deyil. Bu, reallıqla çulğalaşan bir deyimdir. Məhz bu inam və etimadın göstəricisidir ki, bu gün bütün rayonlarımızdan Prezidentə təşəkkür məktubları gəlir. Onu da unutmaq olmaz ki, pandemiya ölkəmizə yenicə ayaq açanda Ali Baş Komandan, möhtərəm Prezidentimiz "Biz birlikdə güclüyük” ifadəsini işlətdi və qısa bir zamanda bu ifadə ölkədə sloqana, trendə şüara çevrildi".

Federasiya Rəsmisi idmançıların birlik göstərərək virusa qarşı mübarizəyə dəstək göstərməsi məsələsinə də toxunub:

"Əlbəttə, Azərbaycan idman ictimaiyyəti də bu şüardan kənarda qala bilməzdi, qalmadı da... Bütün idmançılar "Biz birlikdə güclüyük” şüarını əsas tutaraq ölkədə virusa qarşı aparılan mübarizəyə dəstəyini ifadə etdi. Evdə qaldıq, amma idmandan qalmadıq. Çünki biz əminik ki, ölkə rəhbərliyinin gördüyü kompleks işlərin sayəsində bu qara buludlar ölkəmizin başı üzərindən çəkiləcək və həyat öz axarına dönəcək. Yenə də biz idmançılar beynəlxalq arenalarda müstəqil və qüdrətli Azərbaycanımızın şanlı bayrağını möhtəşəm himnimizin sədası altında ucaldacağıq. Heç kimə sirr deyil ki, bəşəriyyət belə fors-major hallarla çox üzləşib. İstər Dünya müharibələri illərində, istərsə də Dağlıq Qarabağ münaqişəsi dövründə idman ictimaiyyəti bu cür fövqəlvəziyyətlərdən üzüağ çıxıb.

1990-cı illərin əvvəlləri Azərbaycanın odlu-alovlu, məşəqqətli bir tarixi idi. Məhz həmin dönəmdə biz idmançılar yağış kimi yağan mərmilər altında məşqlərimizi davam etdirirdik. Məqsəd isə bir idi: "Azərbaycanımızı dünyada tanıtmaq, bayrağımızı zirvələrə yüksəltmək”.

Lakin bunun üçün şərait yox idi. Biz heç beynəlxalq yarışlara qatıla bilmirdik. Amma Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan öz müstəqilliyini əldə etdi, möhkəmləndirdi. Respublikamızın memarı olan Ümummili Liderin uzaqgörən və dəmir məntiqlə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, sarsılmaz bir xaraktrer aldı. Və bu sarsılmazlıq, dönməzlik və əbədilik bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada böyük nüfuz və imicə malik müstəqil, qüdrətli sabit və stabil bir ölkəmiz var. Azərbaycanın dünyada sabitlik adası kimi tanınması heç də təsadüfi deyil. Məhz bu sabitliyin, əmin-amanlığın nəticəsidir ki, Azərbaycan həm də bir idman ölkəsinə çevrilə bildi. Nəhəng idman turnirlərinə ev sahibliyi edə bildi. Və bunun da nəticəsində Avropa, dünyaya çıxış əldə etdi. İndi dünya idman arenalarını Azərbaycansız təsəvvür etmək mümkün deyil.

Məsələn, elə bu günlərdə Dünya Güləş Birliyi (UWW) ilin sonunadək keçirilməsi planlaşdırılan dünya və Avropa çempionatlarının yeni təqvimini açıqladı. Yeniyetmələr arasında Avropa çempionatının oktyabrın 5-dən 11-dək Polşada (şəhər bəlli deyil), gənclərin Avropa çempionatının oktyabrın 19-dan 25-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə, U-23 dünya çempionatının isə noyabrın 23-dən 29-dək Finlandiyanın Tampere şəhərində keçirilməsi planlaşdırılır. 23 yaşadək güləşçilərin dünya çempionatını təşkil etmək mümkün olmasa, həmin tarixlərdə bu yaş qrupu üzrə qitə birinciliyinin keçirilməsi nəzərdə tutulub".

Firdovsi Umudov təxirə salınan beynəlxalq yarışlar barəsində də məlumat verib:

"UWW mövcud şəraiti nəzərə alaraq gənclər və böyüklər arasında dünya çempionatının eyni məkanda baş tutmasını məqsədəuyğun sayır. Plana əsasən, gənclər arasında DÇ dekabrın 4-dən 10-dək, böyüklər arasında analoji yarış isə dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Əlbəttə, Azərbaycanın idman ictimaiyyəti böyük hünər və coşğu ilə bu yarışlara qatılıb, yüksək əyyarlı medallar uğurunda mübarizə aparacaq. Ölkəmizə, xalqımıza qələbə, zəfər sevinci yaşadacaqlar. Əlbəttə, müstəqil Azərbaycanımıza, dövlətimizə, xalqımıza yalnız qələbə yaraşır. İnanıram ki, bir gün dünyanın ən nəhəng idman turnirləri Azərbaycanın ev sahibliyi ilə Dağlıq Qarabağda keçiriləcək ! Tanrı müstəqil Azərbaycanımızı, uca xalqımızı və bu dövlətin, millətin qarantı olan Ali Baş Komandanımızı qorusun!".



SON XƏBƏRLƏR

2021-09-24

18:20 Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır

18:00 İƏT nümayəndə heyəti beynəlxalq faktaraşdırcı missiya çərçivəsində Tərtərdə olub

17:27 Türkiyəyə keçmək istəyən İŞİD üzvləri yaxalandı

17:19 Ceyhun Bayramov BMT Baş katibinin terrorla mübarizə üzrə müavini ilə görüşüb

17:09 MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib

16:36 Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:35 Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb

16:09 Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA

16:05 Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

16:04 Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək

15:30 İki dövlət komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

13:42 Prezident İlham Əliyev şuşalıların doğma yurdlarına köçürüləcəyi vaxtı açıqlayıb

13:30 Prezident İlham Əliyev: Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər

13:00 Prezident İlham Əliyev: Xüsusi təyinatlı qüvvələrin gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub

12:43 Prezident İlham Əliyev Hadrut əməliyyatı haqqında: Onlar üçün gözlənilməz oldu

12:30 Prezident İlham Əliyev “Dəmir yumruq” əks-hücum əməliyyat planının detallarını açıqlayıb

12:04 Prezident İlham Əliyev İraqın neft nazirini qəbul edib (YENİLƏNİB)

11:30 Azərbaycanda bu mütəxəssislərə ciddi ehtiyac var - Nazir açıqladı

10:45 Təhsil müəssisələrində Anım Günü ilə bağlı tədbirlər keçiriləcək

02:06 BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub

2021-09-23

17:06 Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi (FOTO)

17:04 Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub

17:03 “İrəli” İB şəhid ailələri ilə görüşünü davam etdirir

16:47 Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:43 Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib

16:36 Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirildi

16:21 DGK sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

16:18 Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi açılacaq

16:14 Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM

16:13 Azərbaycan bir neçə ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

16:01 İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib

15:58 İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

15:52 Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib

davamı>> ÇOX OXUNANLAR

Eldar Həsənov beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb

Türkiyəli məşhur modelin acı günü: Səkkiz yaşlı oğlu öldü

Roza Zərgərli əməliyyat olunacaq

Amerikalı qadın cavanlaşmağın sirrini paylaşdı

İtaliya mətbuatı Prezident İlham Əliyevin “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindəki fikirlərinə geniş yer ayırıb

“Araz” supermarketindən tort alırıq ki... ZƏHƏRLƏNƏK!?

İdman Product image

13:03 Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır

Product image

17:46 “Formula-1”in Bakıdakı yarışının dəqiq vaxtı bilindi

Maraqlı Product image

19:21 Telefonumuzdakı proqramlar bizi izləyir? - "WhatsApp" qalmaqalının təfərrüatları

Product image

17:35 Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrə səfər etdiyi açıqlanıb